BAKU Azərbaycan
°C

Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılır.

E-huquq.az-ın xəbərinə görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişiklik edilir. Qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 3550 manat həcmində maaş veriləcək.

Bu, ali, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimlərinin də maaşına təsir göstərəcək. Belə ki, qanuna görə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində, bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində aylıq vəzifə maaşı veriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirə edilərək baxılması üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər