Gündəm
26.06.2022 / 23:59
4168
Marneulidə azərbaycanlıların yaşadığı ərazidə binanın eyvanı uçdu - Ölən var
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli bələdiyyəsində bədbəxt hadisə baş verib.
Gundem.az apa-ya istinadən xəbər verir ki, bələdiyyənin Nərimanov küçəsində yerləşən yaşayış binalarından birinin eyvanının 5-ci mərtəbəsi uçub.
Nəticədə 1 nəfər ölüb, daha bir neçə nəfərin isə yaralandığı bildirilir.
Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay