BAKU Azərbaycan
°C

Məşhur aparıcı Zaur Kamalla cənubi azərbaycanlı müğənni Afşin Azəri arasında gərgin anlar yaşanıb. 

Belə ki, aparıcı “Həmin Zaur” verilişində qonaq olan Afşini studiyadan çıxarıb. O, “Efirdən kənarda mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi”, - deyərək ifaçıdan verilişi tərk etməsini istəyib. 

Zaur Kamalın sözlərinə görə, şəhərdə sorğu keçirilib və heç kəs müğənnini tanımayıb, amma mahnısını biliblər. Aparıcı qeyd edib ki, verilişə İrandan baxanlar çox olduğuna görə Afşin Azəri proqrama dəvət edilib. Afşin Azəri isə etiraz edib: “Sizin dedikləriniz yadıma gəlmir”. 

Zaur Kamal daha sonra “Kişilikdən deyil ki, məni görəndə kənara fırlanırsız. Mən səni bu gün efirdən çıxaracağam. Sən bir də mənim proqramımda olmayacaqsan”, - deyərək reklam fasiləsi elan edib. 

Qeyd edək ki, Zaur Kamalın bu hərəkəti sosial şəbəkələrə əsas gündəm mövzularından birinə çevrilərək, geniş şəkildə müzakirələ səbəb olub. 

Aparıcının bu hərəkəti isə sosial şəbəkələrdə etirazla qarşılanıb. 

Cebhe.info-nun əməkdaşı baş verənlərlə bağlı olaraq Afşin Azəri ilə əlaqə saxlamağa və münasibətini öyrənməyə çalışdı. Müğənninin meneceri Elman İbrahimli proqramda anlaşılmazlıq olduğunu bildirib: 

“Əslində hər şey xalqın gözü qarşısında baş verdi. Yəni hər şey proqramda yaşandı. Zaur bəy düzgün etmədi, hər şey onun əlində idi və reklama getməyə bilərdi. Amma səhnə arxasında olduğu deyilən və digər qonaqla bağlı səslənən fikirlər də doğru deyil. Zaur bəy reklama gedərək, verilişi yarımçıq kəsdi. Mən və Afşin bəylə çıxıb getdik. Amma hər hansısa başqa bir gərginlik yaşanmayıb. Afşin bəy də məyusdur, çünki bizə qarşı düzgün hərəkət olmadı. Hazırda Afşin bəyin işləri olduğu üçün başı qarışıqdır, amma qısa zamanda dünən efirdə baş verənlərlə bağlı açıqlama verəcək”. 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər