BAKU Azərbaycan
°C

Saxta əlillik təyinatı adı ilə insanların pulunu alan Lerik rayon Mərkəzi Xəstəxanasının psixiatr-həkimi Balaş Təhməzov və Şirvan şəhər sakini Adil Zərbiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Gundem.az  xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin icraatına verilib.

Xatırladaq ki, Şirvan şəhər sakini Adil Zərbiyev bir qrup Sabirabad rayon və Şirvan şəhər sakinlərinə guya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən tanışları vasitəsilə əlillik dərəcəsi təyin etdirəcəyini vəd edib aldadaraq 2019-cu ilin sonlarında onlara məxsus ümumilikdə 9 min 500 manat pul vəsaitini ələ keçirib və onları vəzifəli şəxsə rüşvət verməyə təhrik edib.

Həmçinin o, Lerik rayon Mərkəzi Xəstəxanasında psixiatr-həkim vəzifəsində çalışan Balaş Təhməzov ilə cinayət əlaqəsinə girərək əlillik dərəcəsi təyin edilməsi ilə bağlı onlara müraciət etmiş şəxslərə guya yüksək vəzifədə olan tanışlarının köməkliyi ilə müxtəlif səhiyyə müəssisələrində stasionar müalicə almalarına dair saxta xəstəlik tarixçələri əldə edərək təqdim edəcəklərini və dayandırılmış əlillik dərəcələrini bərpa edilməsinə köməklik göstərəcəklərini vəd edərək ayrı-ayrı vətəndaşlardan ümumilikdə 6 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirib və vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Adil Zərbiyev və Balaş Təhməzova Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Lent.az

Son xəbərlər

İran Prezidenti ürək əməliyyatı etdi - FOTO

Məleykə Abbaszadədən abituriyentlərə - XƏBƏRDARLIQ

Bu şəxslərin maaşı 40% artdı

11 ildir axtarılan narkobaron Azərbaycanda TUTULDU

Villem-Aleksandr İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Məsud Pezeşkian Prezident İlham Əliyevi təbrik edib

Bu mesajlara cavab verməyin!

Onları görənlər "əriyir" - Ən xarizmatik üç bürc

Rusiyaya kütləvi hücum: 100-dən çox PUA...

Bu şəxslər mənzillə təmin olunacaq – SİYAHI

Bu ölkə Gürcüstan rəsmiləri üçün vizasız rejimi ləğv etdi

Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - FOTOlar

Milli Məclisin iclası başladı

Bu BÜRCLƏR iyun gəlməmiş həyatını dəyişdirən təklif alacaq

Təhsil sistemində sərt qərar: Daha 3 məktəb direktoru işdən çıxarıldı

Mərkəzi Bankın rəhbərliyinin maaş ödənişləri 40% artdı

Bu rayonunun bir hissəsində qaz olmayacaq

Şəbnəm Tovuzlu Vəfa Şərifovanı hədələdi: “Əsəbimdən ağlayıram, indi gəlirəm”

Elektrik və hibrid avtomobillər bahalaşacaq? - Güzəşt müddəti bitir

Modriç bu həftə açıqlayacaq: gedir, yoxsa...

Bütün xəbərlər