BAKU Azərbaycan
°C

Laçın rayonunun bəzi ərazilərində qanunsuz məskunlaşan ermənilərə avqust ayının sonunadək vaxt verilib. Onlar bu müddət ərzində Azərbaycan torpaqlarını tərk etməlidir. Əks təqdirdə Azərbaycan adekvat addımlar atmaq məcburiyyətində qalacaq.

Ermənistan mediasında yer alan xəbərlərdə Laçındakı ermənilərə evlərindən çıxmaları üçün xəbərdarlıq edildiyi bildirilir. Qeyd olunur ki, ermənilər Laçından çıxarkən evləri yandırmağa, yaşayış məskənlərinə əllərindən gəldiyi qədər ziyan vurmağa hazırlaşırlar. 

Əvvəl Ağdam və Kəlbəcər, indi də Laçın erməni vandalları tərəfindən yandırılır. Növbədə daha hansı şəhər və rayonlar var?...

Bu gün Laçını tərk edən ermənilər anlayırlar ki, tezliklə Xankəndi, Xocalı və rus sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərdə də onları eyni aqibət gözləyir. Erməni tərəfi artıq dərk edir ki, vaxtı çatanda Xankəndidən də çıxmalı olacaqlar.

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa ermənilərin Laçından çıxarkən törətdikləri əməlləri onların milli xüsusiyyəti kimi səciyyələndirib:

“Bu, vəhşi millətin səciyyəvi xüsusiyyətidir. Vəhşi millət başqa tərzdə davranış nümayiş etdirə bilməz. Məlumdur ki, müharibənin, bir ərazini tərk etməyin qanunları var. Ən azından bu münasibətlə millətin özünü təqdim etmə fürsəti yaranır. Yəni özlərini necə ağayana, yoxsa vəhşi kimi təqdim edəcəklər, bununla bilmək olar. Erməni isə bu fürsətdən istifadə edərək vəhşi millət olduğunu sübuta yetirdi”.

Deputat vurğulayıb ki, Azərbaycan ermənilərin törətdikləri cinayət əməlllərini sənədləşdirməli, beynəlxalq ictimaiyyətə təqdim etməlidir:

“Onların etdiklərindən məyus olmaq lazım deyil. Onsuz da biz Şuşanı, başqa yerləri qurduğumuz kimi Laçını da yenidən quracağıq. Çalışmaq lazımdır ki, bu vəhşilərin viran qoyduğu ərazilərin video və foto görüntülərini dünyaya yayaq. Bütün dünyaya elan etməliyik ki, bu milləti qəbul edəndə ehtiyyatlı olun, nəzərə alın ki, bunlar yedikləri qaba tüpürənlərdir. Yaşadığı yeri yandıranlardır. Biz onların vandallığından təbliğat vasitəsi kimi istifadə etməliyik. Hesab edirəm, bu məsələdə bizim əlimizdə xeyli imkanlar var ki, onlara münasibətimizi ortaya qoyaq”.

 

Fazil Mustafa ermənilərin Xankəndi şəhərindən çıxanda da eyni əməli törədəcəklərini istisna etmir:

“Əsas odur ki, ermənilər Xankəndi şəhərindən çıxsınlar. Eybi yox, qoy, Xankəndini də yandırsınlar. Murdar paltarlarını, evlərini yandırsınlar. Biz oranı təmizləyərik, dezinfeksiya edərik. Təki, bu vəhşilər oradan çıxsınlar. Çünki ermənilər Xankəndindən çıxmasa, ora həmişə barut qoxusu verəcək. Xankəndini də yandırsınlar, amma oradan çıxsınlar. Biz bunu sənədləşdirməliyik ki, dünyaya göstərək”.

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər