BAKU Azərbaycan
°C

"Azərbaycanın ikinci Qarabağ müharibəsində qalib gəlmsəsi hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdə mövqeyinin güclənməsi İran hakimiyyətinin Azərbaycana düşmən siyasəti  sərgiləməsinə gətirib çıxarıb". 

Gundem.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib. O, Tehranın sərt bəyanat verməsini belə izah edib:

"Hazırda region ölkələrinin, həmçinin Ermənistanın da qəbul etdiyi yeni reallıqları Tehran rejimi qəbul etmək istəmir. Bunun əsas səbəbi Türkiyə Azərbaycan birliyinin formlaşaması fonunda Azərbaycanın güclənməsidir. 10 noyabr Birgə Bəyannamənin imzalanaması ilə başa çatan ikinci Qarabağ müharibəsinin ortaya çıxardığı geosiyasi reallıqlarını qəbul etməyəcəyini elan edən Tehranın əsas məqsədi "Zəngəzur" dəhlizinin açılmasına qarşı olmasıdır. Halbuki Zəngəzur dəhlizi iqtisadi əlaqələri nəzərdə tutur və  buradan İranın da istifadə etməsində heç bir problem görülmür.  İran "Zəngəzur" dəhlizini siyasiləşdirərək Türkiyə və Azərbaycan arasında  quru əlaqəsinin qurulmasını, bununla da regionda Ankaranın geosiyasi mövqeyinin güclənməsini qəbul etmir. Tehran sərt bəyanatalar verməklə, regionda destruktiv siyasət ortaya qoyub. Zəngəzurda İranın konsulluq açması məhz dəhlizə qarşı olduğunun göstəricisidir. Qeyd edim ki, İran Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə anti-türk təbliğatı, ölkənin bütövlüyünə qarşı məzhəb siyasətindən istifadə edərək düşmənçilik siyasəti aparır. Bu gün  Ermənistanın edə bilmədiyini Tehran Azərbaycana qarşı edir. Zəngəzurda İran konsulluğu birbaşa SEPAH-ın qərargahıdır və buradan Azərbaycanın fəaliyyəti izlənilir".  


Ekspert İranın siyasətinin nəticəsiz qalacağını sözlərinə əlavə edib:

"Qeyd edim ki, İranın Azərbaycana qarşı siyasəti nəticə verməyəcək. Bir neçə gündən sonra "Şimal Cənub Nəqliyyat" dəhlizi üzrə Azərbaycan, Rusiya və İran nümayəndə heyəti görüşü keçiriləcək. Burada İranın Zəngəzur dəhlizi məsələsində tutduğu mövqe müzakirə ediləcək. Bir neçə gündən sonra "Şimal Cənub Nəqliyyat" dəhlizi üzrə Azərbaycan, Rusiya və İran nümayəndə heyəti görüşü keçiriləcək. Burada İranın Zəngəzur dəhlizi məsələsində tutduğu mövqe müzakirə ediləcək. Region ölkələri dəhlizin açılmasını istəyirsə, İranın bu siyasəti nəticəsiz qalacaq".

Banu 
 

Son xəbərlər

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Məşhur yazıçı VƏFAT ETDİ - FOTO

İbtidai siniflərə yaz tətilində ev tapşırığı verilməlidirmi? - Təhsil ekspertindən AÇIQLAMA

COP29-un rəsmi saytı istifadəyə VERİLDİ

Milli Şuranın mitinqlə bağlı müraciətinə CAVAB VERİLDİ - RƏSMİ

Qohumu Ağstafa icra başçısına qarşı məhkəmədə İFADƏ VERDİ

İlham Əliyev Aleksandr Zuyevi QƏBUL ETDİ

Dövlət ötən il 3 mindən çox insana ev verib – Daha çox bu şəxslər mənzil aldı

Bütün xəbərlər