BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Daşaltıda 2 nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir:

"Şuşa şəhərinin Daşaltı kəndindən 1300 metr məsafədə, minatəmizləmə əməliyyatları icra edilməyən ərazidə iki nəfər - 1999-cu il təvəllüdlü Xanatov Orxan Norim oğlu və 1993-cu il Qəndiyev Vüsal Firuddin oğlu mina partlayışından həlak olub.

Hadisə 9 dekabr tarixində saat 08:30 radələrində baş verib. Agentliyin təmizləmə qrupu tərəfindən hər iki şəxsin meyiti minalı ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

ANAMA-nın İctimaiyyətlə əlaqələr və mətbuatla iş şöbəsi məlumat üçün bildirir ki, partlayış nəticəsində həlak olan şəxslər Daşaltı kəndində bərpa və quruculuq işlərini həyata keçirən tikinti şirkətinin əməkdaşları olub.

ANAMA tərəfindən aparılmış ilkin araşdırmalara görə hadisə düşmənin basdırdığı mina partlayışı nəticəsində baş verib.

Piyada əleyhinə minanın altına tank əleyhinə minanın qoyulması (iki mina üst-üstə qoyulub - red.) daha güclü partlayışa və öz növbəsində minaya düşənin ölümünə səbəb olur. Bu tip hadisələr bir daha Ermənistan tərəfinin terrorçu niyyətinin baris nümunəsidir.

ANAMA tərəfindən azad edilən ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan şəxslərə növbəti dəfə müraciət olunur ki, təhlükəli və şübhəli ərazilərə daxil olmasınlar, rastlaşdıqları naməlum əşyalara toxunmasınlar".

Son xəbərlər

Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

İranda idman tədbirləri LƏĞV EDİLDİ

İlham Əliyev Kamerunun dövlət başçısını TƏBRİK ETDİ

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar birgünlük matəm ELAN EDİLDİ

Ceyhun Bayramov: "Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı"

“Qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq” - Zaxarova 

Aİ İrana başsağlığı verdi

Rəisinin və Abdullahiyanın qəzadan əvvəl çəkilmiş SON FOTOSU

Polis mayoru qəfil vəfat etdi - FOTO

Cinayət törədən 94 nəfər SAXLANILDI 

İran bu ölkələrə təşəkkür etdi

Azərbaycan XİN İrana BAŞSAĞLIĞI VERDİ

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Helikopterin qəzaya uğradığı yeri "Akınçı" tapdı 

Bakının iki qəsəbəsində qaz olmayacaq - XƏBƏRDARLIQ!

İlham Əliyev İranın Ali Rəhbərinə BAŞSAĞLIĞI VERDİ

Şirvanda 9 yaşlı uşaq qızdırmadan öldü

Helikopterin qalıqları tapıldı - FOTOLAR

Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR

Bütün xəbərlər