BAKU Azərbaycan
°C

Avropa İttifaqı (Aİ) liderlər zirvəsi öncəsi keçiriləcək Avropa Siyasi Birliyi liderlərinin toplantısında iştirak üçün Azərbaycana dəvət göndərib.

Gundem.az Report-a istinadən xəbər verir ki, Avropa Siyasi Birliyinin liderlərinin ilk görüşü oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada, Aİ liderlərinin sammitindən bir qədər əvvəl keçiriləcək. İclasa Aİ-nin 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub.

Dəvət məktublarını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Çexiyanın Baş naziri, Aİ-nin prezidenti Petr Fiala imzalayıblar.

Azərbaycandan başqa, dəvət göndərilən ölkələr arasında Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var.

Aİ administrasiyası ideyasını Fransa Prezidenti Emmanuel Makron tərəfindən irəli sürülmüş Avropa Siyasi Birliyi ilə Avropa qitəsindəki ölkələrin siyasi koordinasiyası üçün platforma yaratmağı hədəfləyir.

İdeya siyasi dialoqu və əməkdaşlığı gücləndirməklə ümumi maraqları həll etmək, bununla da Avropada təhlükəsizliyi, sabitliyi və rifahı artırmaq məqsəd daşıyır.

Oktyabrın 6-da Praqada keçiriləcək ilk iclasın yekununda hər hansı rəsmi açıqlama və ya rəsmi qərarlar gözlənilmir.

Praqada keçiriləcək ilk görüşdə liderlər günorta saatlarında görüşəcəklər. Daha sonra “dəyirmi masa”lar keçiriləcək və liderlər iştiraka dəvət olunacaqlar. Sülh və təhlükəsizlik, enerji və iqlim, iqtisadi vəziyyət, miqrasiya və nəqliyyat mövzularında dəyirmi masa görüşlərinin təşkili planlaşdırılır.

Liderlərin ikitərəfli görüşləri də gözlənilir. Görüşlərdən və müzakirələrdən sonra şam yeməyi ilə yekun iclasının keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Azərbaycanda məşhur əməkdar artist VƏFAT ETDİ - FOTO

Prezident qəbul KEÇİRDİ - FOTO

Zakir Həsənova yeni müavin TƏYİN OLUNDU

“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin qonaqları Ulu Öndərin xatirəsini YAD ETDİLƏR

Türkiyə Azərbaycan Universitetinin tədris binasının yeri MÜƏYYƏNLƏŞDİ

DİN-dən vətəndaşlara ÇAĞIRIŞ - Ehtiyatlı olun!

"İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz" adlı elmi konfrans keçirildi

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini QƏBUL ETDİ

Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə BAŞLANILDI - FOTO

Azərbaycanda gənc yazar VƏFAT ETDİ - FOTO

Bakıda binadan 7200 manatlıq oğurluq OLDU

Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

Dünya bazarlarında neft UCUZLAŞDI

"Sədərək"də yanğın BAŞLADI - VİDEO

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Yaponiya təxminən 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Sumqayıtda avtomobil 18 yaşlı qızı vuraraq öldürüb

Fransadakı AES-in inzibati binasında baş verən yanğın söndürülüb

Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

Bütün xəbərlər