BAKU Azərbaycan
°C

"Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir".

Gundem.az xəbər verir ki, bu fikirləri sentyabrın 30-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü zamanı deyib.

"Bizim bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir. Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var. Biz bu işin birinci mərhələsindəyik. Əminəm ki, bu gün Sizinlə təkbətək görüşdə müzakirə etdiyimiz mövzularla bağlı gələcəkdə praktiki addımlar atılacaq. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir.

Amma haqlı qeyd etdiyiniz kimi, təkcə enerji məsələləri deyil, digər sahələrdə də yaxşı nəticələr var. Humanitar sahəni xüsusilə qeyd etməliyəm. Nəqliyyat sahəsində “Orta dəhliz”in həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti, əlbəttə ki, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq. Əminəm ki, gələcəkdə təmaslarımız çox olacaq və bizim onsuz da geniş olan gündəliyə yeni məsələlər daxil ediləcək", - Prezident vurğulayıb.

Son xəbərlər

Rusiya Ukraynanın Semyonovka kəndini TUTDU

Havanın temperaturu iqlim normasından YÜKSƏKDİR

Salah "Liverpul"dan AYRILIR? - Bu mövsüm...

Salah "Liverpul"dan AYRILIR? - Bu mövsüm...

Azərbaycan "OPEC Fund" ilə ikitərəfli əlaqələrin təşviqini MÜZAKİRƏ ETDİ

“Nokia” bu tanınmış modelini yenidən İSTEHSAL EDƏCƏK

Azərbaycan şahmatçısı Avropa çempionu OLDU

Neft Fondu pulunu bu regionlarda saxlayır - SİYAHI

Bu ölkələr Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini DƏSTƏKLƏDİ

Yens Stoltenberq Kiyevə SƏFƏR ETDİ

Ramzan Kadırov 16 yaşlı oğluna yüksək vəzifə verdi - FOTO

Mələkxanımın qızının toyundan yerə görə küsüb gedən məşhur cütlük ONLAR İMİŞ - FOTO

Bu yolla əmlak alanların DİQQƏTİNƏ: "Çıxarışsız mənzillər..." - XƏBƏRDARLIQ!

FHN-in nümayəndə heyəti Türkiyədə SƏFƏRDƏ OLDU - FOTO

Şotlandiyanın Baş naziri İSTEFA VERDİ

"Şişi götürmək riskdir, ona görədə... " - Salam Sarvanın səhhəti ilə bağlı AÇIQLAMA

"Arsenal"ın baş məşqçisi: "Çox yaxşı başladıq, amma..."

Lüksemburqun Böyük Hersoqu COP29-a DƏVƏT OLUNDU

Hakan Fidan Ər-Riyadda Blinkenlə GÖRÜŞDÜ

Qazaxıstan XİN: "Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi olmayacağıq"

Bütün xəbərlər