01.10.2022 / 15:35
333
İran Türkiyəyə təbii qaz nəqlini dayandırır
İrandan Türkiyəyə təbii qazın nəqli oktyabrın 9-dək dayandırılacaq.
Gundem.az xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti açıqlama yayıb.
Bildirilib ki, İran-Türkiyə Təbii Qaz Boru Kəmərində aparılacaq planlı yoxlama və təftiş işləri ilə əlaqədar olaraq Gürbulak giriş məntəqəsindən təbii qazın nəqli paylayıcı şəbəkə ilə 8 gün mümkün olmayacaq.
Şirkət planlaşdırılan cari təmir-bərpa işləri zamanı ölkə elektrik verilişi şəbəkəsində tələb-təklif balansı ilə bağlı problemin olmayacağını da qeyd edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay