BAKU Azərbaycan
°C

Pentaqon rəhbəri Lloyd Ostinlə Rusiyanın müdafiə naziri arasında sonuncu dəfə təmas may ayında olmuşdu. 5 ay sonra Ostinin bu gün Moskvaya niyə zəng etməsi barədə təfərrüat yoxdur- nazirlər 1 saat nə danışıblar, bir-birlərinə nə deyiblər, açıqlanmır. Rusiya tərəfi bildirib ki, "beynəlxalq təhlükəsizlik məsələləri və Ukraynada keçirilən xüsusi hərbi əməliyyat müzakirə edilib". Hazırda dünyanı nüvə müharibəsi riskinə soxan iki super ölkənin "beynəlxalq təhlükəsizlik" mövzusunu müzakirə olunduğunu bəyan etməsi bəlkə də nonsesdir, amma günümüzün gerçəkliyidir. "Reuters" ABŞ administrasiyasının rəsmisinə istinadən xəbər verib ki, "danışıqlar heç bir konkret məsələnin həllinə gətirib çıxarmayıb".

 

Ostin təkcə Pentaqonun ilk qaradərili şefi kimi tarixə düşməyib, o, həm də Ukrayna müharibəsində Kiyevə dəstək verən və müzakirələr üçün vaxtaşırı Ramştayn bazasında(Almaniya) toplaşan 40-dan çox ölkənin "müdafiə naziri" statusundadır. Şübhəsiz, Ukraynada hər uçan drondan, hər atılan raketdən xəbərdar adamdır Ostin...

 

Ostinin Şoyqudan sonra Ukraynanın müdafiə nazirinə də zəng etməsi Moskvadan aldığı son xəbərləri onunla bölüşmək məqsədi daşımadığı aydındır. Kiyev rəhbərliyi indi çox "qısqanc" mərhələdədir və Moskva tərəf baxanlardan dərhal şübhələnirlər, hətta təhdid edirlər. İstisna hələ ki,Türkiyə lideri Ərdoğandır. Türkiyəyə bağıra bilmirlər, çünki fərqindədirlər ki, heç olmasa, bir sağlam "körpü" saxlamaq vacibdir.

 

Ostinin və Pentaqon rəhbərliyi zatən gün ərzində bütün cəbhə xəbərlərini həm Kiyevdəki generallarından, həm də Ukrayna rəhbərliyindən alırlar. O səbəbdən Ostin Şoyqudan sonra Reznikə zəng etməyə də bilərdi, amma bunu vacib bilibsə və hətta yüz dəfə dediyi hərbi dəstəyin davam edəcəyini yenə təkrar edibsə, demək nəticə "Reuters"in xəbəri kimidir, Şoyqu ilə telefon danışığında bir-birlərinə sözlərini deyiblər, sonra "qudbay..."

 

ABŞ Rusiyanın son günlər paytaxt Kiyevi və ətrafını hədəf alan raket zərbələrindən narahatdır. Bu zərbələrdə İran dronlarından istifadə edilməsinə Qərbin reaksiyası əslində, anlaşılandır. Amma buna görə kimisə günahlandırmaq gülməlidir. Çünki Ukraynada 9 aydır NATO və ABŞ silahları işləyir və heç bir müharibə "qanunda" yazılmayıb ki, hansı ölkənin silahından istifadə etmək olar, ya yox. İran Rusiyaya silah satmaya bilərdimi? Əlbəttə, istəsəydi Moskvaya "yox" deyərdi. Necə ki, Türkiyə "Bayraqdar"ı Ukraynaya torpaqlarını müdafiə etmək üçün verir, amma Moskvaya satmır. İran Türkiyə ilə hər mənada müqayisə ediləsi ölkə deyil, ədalətli ölkə heç deyil. Amma İran satmayacaq, gedib Ermənistanla silah alveri edən Hindistandan alacaq. O səbəbdən Qərbin İran dronlarının "qanadından yapışması"nın heç bir anlamı yoxdur, hətta diqqəti əsas hədəfdən yayındırmaq cəhdidir. Əsas hədəf isə müharibəni dayandırmaq olmalıdır.

 

Gündem.az yeni müsavat-a istinadən xəbər verir ki, 9 ayda ən az danışılan mövzu müharibənin necə dayandırılmasıdır. Türkiyənin sülh cəhdlərini ABŞ-ın blokladığı aydındır. Bu 9 ayda Bayden bəlkə də 10 dəfə çaşıb, arvadının adını dəyişik salıb, prezident postunda kimin oturduğunu unudub, amma o çaşmaqlarının birində də ağzından yanlışlıqla da olsa "Ukrayna-Rusiya danışıqları..." yarımifadəsi çıxmayıb. Niyə? Çünki olan-qalan beyni müharibənin davam etməsinə, Ukraynın daha da zəlil günə qalmasına fokuslanıb.

Ətraflı

 

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər