23.10.2022 / 10:57
209
\"Taliban\" İŞİD-ə qarşı əməliyyat keçirdi - Ölənlər var
Əfqanıstanda hakimiyyətdə olan "Taliban" silahlılarının təhlükəsizlik qüvvələri paytaxt Kabildə İŞİD terrorçularına qarşı əməliyyat keçirib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Taliban" nümayəndələrinə istinadən məlumat yayıb.
Əməliyyat zamanı İŞİD terror qruplaşmasının 6 üzvü öldürülüb.
Məlumata görə, basqın zamanı öldürülən İŞİD üzvləri son həftələrdə biri şəhər məscidinə, digəri isə repetitorluq institutuna iki böyük hücumda iştirak ediblər.
Basqın zamanı "Taliban"ın da itki verdiyi deyilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay