Avropa yeni qaçqın axınına hazırlaşır
Avropa İttifaqı (Aİ) ölkələri müharibədən qaçan Ukrayna sakinlərinin yeni axınına hazırlaşır və gələcəkdə bu vəziyyətdən çıxmaq üçün tədbirlər görür.
Modern.az xəbər verir ki, bu barədə Avropa rəsmilərinə istinadən "Financial Times" qəzeti yazıb.
Nəşr yazır ki, Avropa qışın yaxınlaşması və Ukraynanın enerji infrastrukturunun zədələnməsi fonunda ukraynalıları qəbul etmək planlarını hazırlayır. Qəzetin mənbələrindən birinin məlumatına görə, Avropa Komissiyası ukraynalıların mümkün axınına hazır olduğuna "nisbətən əmindir".
“Hazırda prioritetlərimiz Ukraynaya son həftələrdəki bombardmanlardan sonra çox ehtiyac duyduqları avadanlıqların tədarükünü təmin etməkdir. Onların buna çox ehtiyacı var. Onların xəstəxanalarda generatorları yoxdur. Vəziyyət günü-gündən pisləşir”, - Kiyev və Avropa Komissiyası ilə danışıqlarda iştirak edən Polşa rəsmisi nəşrə bildirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay