Dünya
23.10.2022 / 13:14
240
Kanadanın bu hava limanında bomba şübhəsi uçuşları dayandırdı
Kanadanın Toronto şəhərindəki “Billy Bishop” hava limanı bomba olması ehtimalı ilə uçuşlara bağlanıb, sərnişinlər təxliyə edilib.
Gundem.az xəbər verir ki, Kanada polisindən verilən açıqlamada hava limanının içərisində şübhəli bağlama aşkar edildiyi bildirilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində ətrafdakı 2 binanın boşaldıldığı və bölgəyə gedən yolların bağlandığı açıqlanıb.
Hadisə ilə bağlı iki nəfər nəzarətə götürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay