BAKU Azərbaycan
°C

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb olunan yük avtomobillərinin, xüsusi təyinatlı nəqliyyat vasitələrinin (ekskavator, traktor, kombayn və s.) sığortalanmasında problemlər yaranıb. Eyni zamanda bu ərazilərdə işçi kimi cəlb edilən şəxslərin həyat sığortasında da çətinliklər var, əksər hallarda sığorta şirkətləri sığorta müqaviləsini bağlamaqdan imtina edir.

Sfera.az xəbər verir ki, bununla bağlı redaksiyamıza bir neçə şifahi müraciət ünvanlanıb. Həmin müraciətlərdə qeyd edilir ki, sığorta şirkətləri müxtəlif bəhanələrlə nəqliyyat vasitələrinin könüllü sığortasından, işçilərin həyat sığortasından imtina etdiyindən fiziki və hüquqi şəxlər işğaldan azad edilən ərazilərdə işləməkdə maraqlı olmur.

Azad olunmuş ərazilərin bərpası Azərbaycanı daha da gücləndirəcək -  XALQQAZETI.COM

Qeyd edək ki, Qarabağın bərpa və yenidənqurulması işlərində dövlət müəssisələri ilə bərabər, özəl müəssisələr və fərdi şəxslər də iştirak edir, tikinti işlərinə çoxlu sayda xüsusi növ texnika, işçi qüvvəsi cəlb olunub. İşlərin böyüklüyünü nəzərə alaraq sahibkarlar xüsusi təyinatlı nəqliyyat vasitələrinin və işçilərin sığortalanmasına böyük önəm verir. Bu cür nəqliyyat vasitələrinin sığortası olmadıqda sahibkarlar onlardan intensiv istifadə etməkdən yayınır. Çünki həmin nəqliyyat vasitələrinin dəyəri yüksəkdir və belə bahalı texnikaların iş zamanı qazaya uğraması, sıradan çıxması sahibkarı böyük zərərə uğrada bilər. Buna görə də həmin nəqliyyat vasitələrinin sığortalanması vacibdir. Lakin qeyd olunduğu kimi texnikaların və işçilərin sığortalanmasında çətinliklər var.

Məsələni araşdırmaq üçün bir neçə sığorta şirkəti ilə əlaqə saxladıq. Danışdığımız “Atəşgah” Sığorta, “Qala Sığorta”, “İpək Yolu Sığorta” və “AzSığorta” şirkətlərindən bildirdilər ki, onlar Qarabağda işləyən xüsusi təyinatlı nəqliyyat vasitələrinin, yük maşınlarının sığortalamasından imtina etmirlər. Amma bunun üçün hər bir nəqliyyat vasitəsinin texniki vəziyyətinin fərdi qaydada qiymətləndirilməsi, həmin texnikalardan harada, hansı şəraitdə istifadə edilməsi dəyərləndirilməlidir. Yalnız bundan sonra nəqliyyat vasitəsinin sığortalanması mümkündür.

Bu il Azərbaycanın sığorta bazarında ən çox yığım ...

 

Əgər belədirsə, yəni sığorta şirkətləri Qarabağda isifadə edilən texnikanı sığortalamaqdan imtina etmirsə, o halda niyə həmin texnikaların sığortalanmasında çətinliklər yaranır?

Bununla bağlı fikrini öyrəndiyimiz hüquqşünas, sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov dedi ki, Qarabağda tikinti işlərinə cəlb edilən nəqliyyat vasitələrini sığortası ilə bağlı çətinlik varsa, bu, yalnız kasko (könüllü) sığorta ilə bağlı ola bilər. O vurğuladı ki, sığorta şirkətləri xüsusi təyinatlı texnikaların kasko sığortası zamanı nəqliyyat vasitəsinin harada və nə məqsədlə istifadə edilməsini nəzərə alır. Onun sözlərinə görə bununla sığorta şirkəti risk səviyyəsini müəyyənləşdirir.

 

“Şirkətin könüllü sığortadan imtina etmək hüquqi var. Buna qanunvericilik imkan yaradır. Amma şirkətlər nəqliyyat vasitələrinin könüllü sığortasından imtina etmək üçün birbaşa “sığortalamıram” sözünü işlətmir”, - deyən İ.İbrahimov sığorta şirkətlərinin sığorta müqaviləsinin bağlanmasından necə imtina etdiyini izah edib:

 

“Kasko sığortası adətən avtomobilin dəyərinin 2-4 faizi qədərində olur. Şirkət imtina etmək istəyəndə sığorta haqqını daha yüksək faizlə müəyyənləşdirir, daha ağır şərtlər irəli sürür. Məsələn, dəyəri 100 min manat olan nəqliyyat vasitəsinə görə 4 min manat sığorta haqqı hesablayır. Digər tərəfdən sığorta şirkətləri azadolma məbləğini müəyyən edir. Yəni, müəyyən məbləğə qədər olan hissədən artıq olan ödəniş həyata keçirilmir.

Həmçinin ərazi faktorunu da nəzərə alırlar. Bakıda nəqliyyat vasitələrinin toqquşması risqi yüksəkdir. Əyalətlərdə isə toqquşma risqi az olduğundan digər nüanslara diqqət yetirilir. Qarabağın işğaldana azad edilən ərazilərində də xüsusi vəziyyət nəzərə alınır. Texnikanın minaya düşməsi, iş intensivliyi böyük olduğundan texnikanın tez sıradan çıxması, aşması ehtimalı var. Bu kimi halların bəzisi baş verdikdə sığorta hadisəsi hesab edilmir, yaxud həmin hallar nəzərə alınaraq böyük məbləğdə sığorta haqqı müəyyənləşdirilir”.

 

 Qala Sığorta” tikinti şirkətini məhkəməyə verib

İ.İbrahimov bildirir ki, şirkət daha yüksək məbləğ müəyyənləşdirəndə fərdi və ya hüquqi şəxslər sığortalamaqdan imtina edirlər. Ekspert sığorta şirkətlərinin sığorta əməliyyatlarından mənfəət əldə etmək istədiyini və buna görə də adətən risqli sığortalardan yayındığını da vurğuladı.

Məsələyə "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin də mövqeyini öyrəndik. Assosiasiyadan bildirdilər ki, qanunvericiliyə əsasən hər bir vətəndaş icbari və ya könüllü olmasından asılı olmayaraq təqdim edilən bütün sığorta xidmətlərindən istifadə etmək hüququna malikdir.

“İcbari sığorta növləri məcburi xarakter daşıyır, sığorta şirkətləri bundan imtina edə bilməz. Könüllü sığortanın da olmasında sığorta şirkətləri maraqlıdır”, - deyən məsul şəxs bildirildi ki, sözügedən məsələ ilə bağlı assosasiyaya hər hansı müraciət daxil olmayıb:

“Müraciət olsaydı, assosasiya sığorta bazar iştirakçıları arasında sorğu keçirib hansı səbəbdən imtina qərarı qəbul edildiyini öyrənə bilərdi. Azərbaycanda sığorta sektoruna nəzarət edən Mərkəzi Bankdır. Mərkəzi Bank da bu kimi məsələlərə həssaslıqla yanaşır”.

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər