BAKU Azərbaycan
°C

Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı 2 dekabr 2013-cü il tarixində qüvvəyə minib və əhali üçün 2,5 manat təşkil edib. Xidmət operatorlarının məlumatlarına əsasən, hazırda bir abunəçiyə düşən xərc əlavə dəyər vergisi daxil olmaqla 3,96 manatdır.

Gundem.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tariflərin dəyişdirilməsi ilə bağlı açıqlamasında bildirilir.

"Dünya təcrübəsinə nəzər saldıqda əhali üçün sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının Ukraynada 9,5 manat, Rusiyada 12,7 manat, Türkiyədə 15,3 manat olduğunu görmək olar. Həmçinin Azərbaycan telekommunikasiya bazarında, ümumilikdə 10 milyondan çox müştəri bazasına sahib olan mobil operatorlar üzrə aylıq orta abunə haqqı 10 manatdan 18 manata qədər dəyişir, 1 dəqiqə şəbəkədaxili danışıq üçün tarif isə 2 qəpikdən 9 qəpiyə qədərdir.

Dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə aşağı düşür ki, bu da öz növbəsində rabitə sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinə mənfi təsir edir.

Ölkədə həm sabit şəbəkə abunəçilərinə keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, həm də mövcud ADSL (Asimmetrik rəqəmsal abunəçi xətti) telekommunikasiya avadanlıqlarının müasir GPON (Gigabit tutumlu passiv optik şəbəkə) və digər genişzolaqlı texnologiyalar ilə əvəz edilməsi məqsədilə kapital qoyuluşu nəzərdə tutulur. Bu layihənin 2021 – 2024-cü illər ərzində reallaşdırılması nəticəsində ölkə ərazisinin tamamilə genişzolaqlı şəbəkə ilə təchiz edilməsi sürətli internet və keyfiyyətli danışıq xidməti ilə bərabər, həm də digər xidmətləri paket şəklində təqdim etməyə imkan yaradacaq.

Yeni tariflərin tətbiqi mövcud tariflərin maya dəyərinə mərhələli şəkildə uyğunlaşdırılmasına, təsərrüfat subyektlərinin investisiya qoyuluşu imkanlarının genişlənməsinə, beynəlxalq və şəhərlərarası trafik mübadiləsindən gəlirlərin azalmasının kompensasiyasına imkan verəcək.

Qeyd olunanları nəzərə alaraq rabitə xidmətlərinin keyfiyyətinin artırılması, işçilərin əmək şəraitinin yaxşılaşdırılması və investisiya imkanlarının yaradılması məqsədilə sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı və şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinə yenidən baxılmasına zərurət yaranıb. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 oktyabr 2022-ci il tarixli iclasında sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsi məqsədəuyğun hesab edilib.

Qərar 1 noyabr 2022-ci il tarixindən qüvvəyə minir", - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər