BAKU Azərbaycan
°C

Oktyabr ayının 25-də saat 20:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilib, “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıblar. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram narkotik vasitəyə bənzər maddələr (10 kq “marixuana”, 2 kq 100 qram “tiryək” və 4 kq 900 qram qablaşdırmada 7790 ədəd “metadon-40” həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Son xəbərlər

Daha bir naməlum şəhidin kimliyi bilindi

Türkiyədə yeni konstitusiya qəbul OLUNACAQ

"Evləniləcək yox, əyləniləcək qızların sayı artıb" - Sosioloq

Adəmin atası AZADLIĞA BURAXILDI – VİDEO

Paytaxtın bu ərazilərində qaz olmayacaq

“Şuşada yeni tarix başlayır” - Deputat 

Manaf gecə saat 3-də Vəfadan gələn zəngdən DANIŞDI: "Onu pay kimi verdi" - VİDEO

Yağış yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Aytən Səfərova düşdüyü qəza ilə bağlı Prezidentə MÜRACİƏT ETDİ: "Mənim günahım..." - VİDEO

Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi KEÇİRİLDİ - FOTO

Tünzalə Ağayeva “Anam Azərbaycan” adlı kompozisiyanı təqdim etdi

Türk konsulu qətlə yetirən Sasunyan belə SAXLANILDI - ANBAAN VİDEO

Bu məhsullar uşaqlarda piylənmə yaradır - Valideynlərin DİQQƏTİNƏ!

Ülviyyə Namazova Vəfa Şərifovanı BİABIR ETDİ: “Ağıllı ol, sən və sənin kimilər..." - VİDEO

Allahşükür Paşazadə Portuqaliyaya GEDƏCƏK

Nikolay Patruşev Rusiya Prezidentinin köməkçisi TƏYİN EDİLDİ

Minimum əməkhaqqı ilə bağlı MÜHÜM AÇIQLAMA: "Noyabrın 1-dək..."

“Oğluma həmin şərhi yazan qadını tapdım və onun..." -  Elmar Məmmədyarovdan AÇIQLAMA + FOTO

DİN kibertalama ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ: "Bu zəngləri bloklayın!"

Hindistanla İran sənəd İMZALADI: Razılaşmanın Azərbaycan üçün əhəmiyyəti nədir? - ŞƏRH

Bütün xəbərlər