BAKU Azərbaycan
°C

"Böyük Yeddilik" ölkələri (G-7) və Avstraliya Rusiyaya qarşı sanksiyalar halqasını bir qədər də daraltmaqla bağlı qərara gəliblər.

Publika.az xəbər verir ki, "G7"-yə daxil olan dövlətlər və Avstraliya Rusiya neftinə qiymət həddi tətbiq etmək barədə razılıq əldə ediblər.

Məlumata görə, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya və Avstraliya şimal qonşumuzun neftinin "sabit qiyməti"ni müəyyən etmək barədə uzun çək-çevirdən sonra, axır ki, anlaşıblar.

Bildirilir ki, ümumi razılaşma olsa da, qiymət tavanı hələ tam şəkildə razılaşdırılmayıb.

Buna baxmayaraq, adıçəkilən 8 ölkə noyabrın sonuna qədər Rusiya neftinin "yeni qiymət"ini təyin edəcəklər.

İddialara görə, lazım gəldikdə bu qiymətə mütəmadi şəkildə yenidən baxılacağı güman olunur.

Adıçəkilən ölkələr bu anlaşmanın bazarın sabitliyini artıracağına xidmət edəcəyini vurğulayırlar. Eyni zamanda, "7+1" formatında təmsil olunanlar düşünür ki, rus neftinin "yeni qiymət düzəni" onun alıcılarının yükünü də minimuma endirməyə kömək edəcək.

Rusiya xam neftinin maksimum qiymətinin hansı səviyyədə təyin olunacağı isə hələlik məlum deyil.

Son xəbərlər

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı TƏKLİF ETDİ

Lukaşenko: "Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır"

Aleksandr Lukaşenko: "Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb"

Prezident: "Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk"

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

İlham Əliyev: "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Bütün xəbərlər