BAKU Azərbaycan
°C

Xəzər Rayon Polis İdarəsinin və 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən və axtarışda olan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Əməliyyat zamanı əvvəllər də mənzil oğurluqları etdiyi üçün dəfələrlə məhkum edilmiş Əhliman Atamov tutulub.

Bu şəxsin Xəzər rayonu ərazisində 10 evdən pul və qızıl-zinət əşyaları oğurladığı məlum olub. Saxlanılan şəxs əldə etdiyi qızıl-zinət və məişət əşyalarını paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıb.

Aparılan araşdırmalar zamanı Əhliman Atamovun Binəqədi, Suraxanı, Sabunçu və Abşeron rayonları ərazisində də daha 40 evdən oğurluq etdiyi müəyyən edilib. O, həmin evlərdən də ancaq pul və qızıl-zinət əşyaları oğurlayıb.

Qeyd edək ki, Əhliman Atamov Sabunçu rayonunda oğurluq etdiyi mənzillərin birindən çıxan zaman şəxsiyyət vəsiqəsini də həmin evdə düşürüb.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əhliman Atamov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

Son xəbərlər

Paşinyan: "Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb"

Bu hərəkətdən sonra qadının çənəsi çıxdı - MARAQLI HADİSƏ

Mikayıl Cabbarov: “Petkim”in növbəti sərmayələri üçün işlər sürətləndirilir”

Daha bir naməlum şəhidin kimliyi bilindi

Türkiyədə yeni konstitusiya qəbul OLUNACAQ

"Evləniləcək yox, əyləniləcək qızların sayı artıb" - Sosioloq

Adəmin atası AZADLIĞA BURAXILDI – VİDEO

Paytaxtın bu ərazilərində qaz olmayacaq

“Şuşada yeni tarix başlayır” - Deputat 

Manaf gecə saat 3-də Vəfadan gələn zəngdən DANIŞDI: "Onu pay kimi verdi" - VİDEO

Yağış yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Aytən Səfərova düşdüyü qəza ilə bağlı Prezidentə MÜRACİƏT ETDİ: "Mənim günahım..." - VİDEO

Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi KEÇİRİLDİ - FOTO

Tünzalə Ağayeva “Anam Azərbaycan” adlı kompozisiyanı təqdim etdi

Türk konsulu qətlə yetirən Sasunyan belə SAXLANILDI - ANBAAN VİDEO

Bu məhsullar uşaqlarda piylənmə yaradır - Valideynlərin DİQQƏTİNƏ!

Ülviyyə Namazova Vəfa Şərifovanı BİABIR ETDİ: “Ağıllı ol, sən və sənin kimilər..." - VİDEO

Allahşükür Paşazadə Portuqaliyaya GEDƏCƏK

Nikolay Patruşev Rusiya Prezidentinin köməkçisi TƏYİN EDİLDİ

Minimum əməkhaqqı ilə bağlı MÜHÜM AÇIQLAMA: "Noyabrın 1-dək..."

Bütün xəbərlər