BAKU Azərbaycan
°C

Dünən səhər saat 5 radələrində tanınmış meyxanaçı Rəşad Dağlının (1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu) qonşusu, 43 yaşlı İskəndər Mehdiyevi bıçaqlayaraq öldürməsi hadisəsi ötən gündən geniş müzakirə olunur. İ.Mehdiyevin daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbsdə olması bildirilsə də, onun konkret hansı əməllərə görə həbsə düşməsi açıqlanmayıb.

Gundem.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rəşad Dağlının qətlə yetirdiyi şəxs ilk dəfə quldurluq əməlinə görə həbsxanaya düşüb. Belə ki, təxminin 20 il əvvəl İ.Mehdiyev Bakı şəhəri ərazisində bir qrup şəxslə birgə quldurluq cinayətinə görə tutulub və məhkum edilib.

O, cəzasını çəkdikdən sonra növbəti dəfə 2011-ci ildə həbsxana yoldaşı olmuş şəxsə doğranmış toyuq ətinin içində narkotik maddə keçirərkən tutulub. Belə ki, həmin vaxt Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən dostu, quldurluq əməlinə görə 10 il cəza almış Rövşən Ağayevin görüşünə gəlmiş İskəndərin sovqatına baxış keçirilərkən o tutulub. Toyuq ətinin içindən 3,251 qram heroin aşkar edilərək götürülüb.

Bu əmələ görə növbəti dəfə məhkum edilən İ.Mehdiyev azadlığa çıxdıqdan sonra yenə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulub və əməlində cinayət residivi olduğundan daha uzunmüddətli həbsə məhkum edilib. İskəndər Mehdiyev son olaraq Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi həbsdə olub.

Qardaşı İ.Mehdiyevin bu ilin 26 oktyabr tarixində azadlığa çıxdığını bildirib.

Son xəbərlər

Şoyqu Belousovla ƏVƏZLƏNDİ - Putinin gələcək planı nədir?

Valideynlərin NƏZƏRİNƏ! - Yeri dolan məktəblərin alternativləri AÇIQLANDI + SİYAHI

Süni intellekt ölüləri təqlid edir: Psixoloji fəsadları...

Bu günə qədər neçə tələbəyə təhsil krediti verilib? - STATİSTİKA 

PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü YEKUNLAŞDI - FOTO

"1991-ci il Alma-Ata Bəyannaməsi demarkasiya prosesinin siyasi əsasına çevrilməlidir" - Mirzoyan

Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ

Rusiyanın neft-qaz gəlirləri 82 faiz artıb – RƏQƏMLƏR

Qazaxıstanda keçmiş nazir 24 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

D vitaminin çox qəbul edilməsi ZƏRƏRLİDİRMİ?

Türkiyə qənaət rejiminə keçir: Bu xərclər üç il DAYANDIRILACAQ

Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO

Mariya Stadnikin atası VƏFAT ETDİ

Astanada ŞƏT ölkələrinin XİN başçılarının iclası KEÇİRİLƏCƏK

Məşhur polkovnikə AĞIR İTKİ - FOTO

"Belousov Putinin növbəti kuklasıdır" - Britaniyanın müdafiə naziri 

Coratda 10 aylıq körpə boğularaq ÖLDÜ

MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsi üzrə ixtisasların siyahısı MÜƏYYƏNLƏŞDİ

Bu ərazilərdə su olmayacaq

Xalq artistindən Şuşada canlı ifa - VİDEO

Bütün xəbərlər