BAKU Azərbaycan
°C

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir Rayon icra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Gundem.az report-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, A.Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Bundan başqa, sabiq icra başçısının Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Penitensiar Xidmətin istintaq təcridxanasına köçürüldüyü məlum olub.

Məhkəmənin növbəti iclası noyabrın 24-nə təyin olunub.

Qeyd edək ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Şoyqu Belousovla ƏVƏZLƏNDİ - Putinin gələcək planı nədir?

Valideynlərin NƏZƏRİNƏ! - Yeri dolan məktəblərin alternativləri AÇIQLANDI + SİYAHI

Süni intellekt ölüləri təqlid edir: Psixoloji fəsadları...

Bu günə qədər neçə tələbəyə təhsil krediti verilib? - STATİSTİKA 

PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü YEKUNLAŞDI - FOTO

"1991-ci il Alma-Ata Bəyannaməsi demarkasiya prosesinin siyasi əsasına çevrilməlidir" - Mirzoyan

Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ

Rusiyanın neft-qaz gəlirləri 82 faiz artıb – RƏQƏMLƏR

Qazaxıstanda keçmiş nazir 24 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

D vitaminin çox qəbul edilməsi ZƏRƏRLİDİRMİ?

Türkiyə qənaət rejiminə keçir: Bu xərclər üç il DAYANDIRILACAQ

Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO

Mariya Stadnikin atası VƏFAT ETDİ

Astanada ŞƏT ölkələrinin XİN başçılarının iclası KEÇİRİLƏCƏK

Məşhur polkovnikə AĞIR İTKİ - FOTO

"Belousov Putinin növbəti kuklasıdır" - Britaniyanın müdafiə naziri 

Coratda 10 aylıq körpə boğularaq ÖLDÜ

MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsi üzrə ixtisasların siyahısı MÜƏYYƏNLƏŞDİ

Bu ərazilərdə su olmayacaq

Xalq artistindən Şuşada canlı ifa - VİDEO

Bütün xəbərlər