BAKU Azərbaycan
°C

"Tərtər işi” üzrə təqsirləndirilən 8 nəfərin - Natiq Quluzadə, Nicat Rzayev, Zaur Abdullayev, Vəli Xəlilov, Emin Aibov, Yalçın Tarverdizadə, Orxan Babayev və Emil Əliyevin cinayət işi prokurorluğa qaytarılıb.

Gundem.az xəbər verir ki, bu barədə "Report"a vəkil Rəsul Cəfərov məlumat verib.

O bildirib ki, Gəncə Hərbi Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılıb.

Məhkəmənin qərarına əsasən, cinayət işi ibtidai istintaqa prosesual nəzarəti həyata keçirən prokurorluğa qaytarılıb.

Qeyd edək ki, Ali Məhkəmənin Plenumu "Tərtər işi" ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Xatırladaq ki, rəsmi məlumata əsasən, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, 18 nəfərin hökmü ləğv edilib və Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Son xəbərlər

Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO

Mesut Özildən əzəli rəqibinə MESAJ

Paytaxt məktəblərində operativ monitorinqlər keçirilir - FOTO

Rafətin FIRILDAĞI: Rayonda dəfn olundu, Bakıda televizor alanda TUTULDU – VİDEO

Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini imiş

Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu

Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü KEÇİRİLDİ

Bankların hərracda tələbi 100 milyon dolları ötdü – SƏBƏB

FTX direktoru: "Xarici agentlərin Rusiyada fəaliyyəti ciddi təhlükə yaradır"

Vətəndaşı aldadaraq pulunu mənimsəyən şəxs SAXLANILDI

Zelenski və Makron Xarkov istiqamətində vəziyyəti MÜZAKİRƏ ETDİ

Avropa Məhkəməsinin yeni sədri O OLDU

Türkmənistan qazı Türkiyəyə Azərbaycan vasitəsilə tədarük olunacaq - YENİLƏNDİ

Ermənistandakı etirazların arxasında hansı qüvvələr dayanır? - AÇIQLAMA

Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək DAVAM EDƏCƏK

Ardı-arası kəsilməyən geomaqnit qasırğaları “Starlink”  peyklərini məhv etdi

Müsavat Partiyasının üzvü qətlə YETİRİLDİ - FOTO

Paşinyan: "Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb"

Bu hərəkətdən sonra qadının çənəsi çıxdı - MARAQLI HADİSƏ

Mikayıl Cabbarov: “Petkim”in növbəti sərmayələri üçün işlər sürətləndirilir”

Bütün xəbərlər