BAKU Azərbaycan
°C

Sosial şəbəkədə tanış olduğu qadına qarşı dələduzluq edən Anar Quliyevin (soyad-şərtidir) məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, 1984-cü il təvəllüdlü A.Quliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Anar Nərgiz Məmmədova (ad-soyad şərtidir) ilə tanış olan zaman özünü XTQ-nin keçmiş mənsubu kimi təqdim edib. O, Vətən müharibəsi başlayan zaman sentyabrın sonunda Nərgizə zəng edərək, guya döyüşə çağırıldığını bildirib. Anar mütəmadi olaraq qadına zəng vurub yalandan cəbhə bölgəsində oluğunu, döyüş əməliyyatlarında iştirak etdiyini söyləyib.

Vətən müharibəsi başa çatandan sonra sosial şəbəkədə tanış olan şəxslər görüşüb. Anar ilk tanışlıq zamanı özünü Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” adlı xüsusi təyinatlı dəstənin xidmət vaxtı yaralanması səbəbindən ehtiyata çıxmış zabiti kimi təqdim edib. 2021-ci ilin yanvar ayının 28-də Anarın anası onlara elçi gedib, lakin qızın valideynləri düşünmək üçün vaxt istəyiblər.

Maraqlıdır ki, Anarın anası da oğlunun yalanına şərik çıxıb və övladının zabit olduğunu təsdiqləyib. Əslində isə məlum olub ki, sevgilisinə yalan danışan şəxs özəl şirkətlərin birində mühafizəçi işləyirmiş.

Anar bu ərəfədə Nərgizi DTX-da işə dücəldə biləcəyini deyib, bunun üçün kurslara qatılmalı olduğunu qeyd edib. A.Quliyev bu səbəbdən ümümulikdə qarşı tərəfdən müxtəlif bəhanələrlə 10 000 manata yaxın pul alıb. 

2021-ci ilin sonlarında isə Nəgrizlə Anarla münasibəti pozulub. Qadın aldadıldığını başa düşüb və Anarın əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət edib.

Bundan sonra Anar Nərgizə mesaj yazıb: “Səhər məni apardılar, dedilər ki, mən filankəsin adından kimlərdənsə pul alıb işə düzəltmişəm. Sən evdə kiməsə nəsə demisən? Dedim ki, demə də evdə. Rütbəmi cırdılar, hər şeyimi aldılar əlimdən”.

Qeyd edək ki, Anar Quliyev daha öncə də məhkumluq həyatı yaşayıb. O, həmin vaxt Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) təqsirli bilinib.

Son xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük prosedurlarının sadələşdirilməsi MÜZAKİRƏ EDİLDİ

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu BAŞLADI

"Bizi birləşdirən Allahdır ..." - Müğənni Elçin deputatın qızından boşanmayıb?

Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ - FOTO

Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünü ALQIŞLAYIR

İan Borq Gürcüstan XİN başçısı ilə danışıqlar APARDI

Məşhur aktrisa SAXLANILDI - FOTO

“Svetofor” işləmədikdə sürücülər nə etməlidir? – Yol polisindən MÜRACİƏT 

Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu kişilər qadınlardan daha çox YAŞAYIR - Səbəb nədir?

Azərbaycanda ağır qəza, ölən VAR - VİDEO

Zelenski İspaniya və Portuqaliyaya səfərini LƏĞV ETDİ

Bakıda Fəvvarələr meydanında ofisiantlar BIÇAQLANDI

Dələduzlar vətəndaşları necə aldadır? - DİN-dən ÇAĞIRIŞ

Türkiyə yenidən SİLKƏLƏNDİ - Dağıntı və tələfat...

Şahdağ və Gədəbəyə qar yağdı - FAKTİKİ HAVA

Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO

Mesut Özildən əzəli rəqibinə MESAJ

Paytaxt məktəblərində operativ monitorinqlər keçirilir - FOTO

Rafətin FIRILDAĞI: Rayonda dəfn olundu, Bakıda televizor alanda TUTULDU – VİDEO

Bütün xəbərlər