BAKU Azərbaycan
°C

Kanadalı tədqiqatçılar simsiz internet bağlantısı (Wi-Fi) əsasında "divarların arxasını görə bilən" dron hazırlayıblar.

Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki, Ontario əyalətindəki Vaterloo Universitetinin tədqiqat qrupu 20 dollarlıq hazır pilotsuz uçan aparata yeni proqram təminatı əlavə edib.

Belə ki, evlərdə Wi-Fi-a qoşulmuş bütün cihazların yerini xəritəyə çıxara bilən hava skan aləti hazırlanıb. "Wi-Peep" adlanan alət simsiz internet şəbəkələrindəki məlumatları manipulyasiya və sözügedən cihazların yerini təxmini olaraq təyin edə bilər.

Dronda quraşdırılan haker proqramı "uçuş vaxtı" (ToF) adlı texnikadan istifadə edir. Bu texnika siqnal və obyekt arasındakı fiziki məsafəni ölçmək üçün bir növ manipulyasiya hiyləsindən istifadə edir. Bütün bunlar simsiz internet bağlantısı olan əksər cihazlarda mövcud olan təhlükəsizliyin zəifliyi sayəsində mümkün olur. Çünki ağıllı qurğular parolla qorunsa belə, ərazidəki digər cihazlardan gələn “əlaqə cəhdlərinə” avtomatik cavab verir. Bu zəifliyi manipulyasiya etmək üçün "Wi-Peep" evin daxilindəki cihazlarla əlaqə saxlamağa çalışan ToF siqnalı verir. Tədqiqatçılar "Wi-Peep" kimi texnologiyanın istifadə oluna biləcəyi qorxulu ssenarilərdən narahatdırlar.

Müvafiq olaraq, sözügedən cihazdan istifadə edən haker ağıllı saatlar və telefonlar vasitəsilə ev sakinlərinin yerini müəyyən edə, həmçinin təhlükəsizlik kameralarının və hətta müdaxilə sensorlarının harada olduğunu anlaya bilər. Bu, həmçinin evdə sakinlər olmadığı zaman oğruya kompüter kimi qiymətli əşyaları asanlıqla tapmağa imkan verə bilər.

 

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər