BAKU Azərbaycan
°C

Gələcəyi proqnozlaşdırdıqlarını iddia edən bir çox peyğəmbər müxtəlif üsullardan istifadə edir. Bununla belə, özünü “Mystic Veg” kimi təqdim edən Cemima Pakinqtonun metodu daha əvvəl görülməmiş üsuldur. Qulançarı havaya atır və bundan sonra nə olduğunu söyləyir! Onların arasında Böyük Britaniya kralı Çarlz III və Qətərdə keçirilən dünya çempionatı ilə bağlı öncəgörmələri də var.

Gundem.az Lent.az-a istinadla bildirir ki, mistik qabiliyyətləri ilə hadisələri proqnozlaşdırdığını iddia edən və özünü dünyanın yeganə “quşqoşanı” (qulançar qoruyucusu) kimi təyin edən britaniyalı Cemima Pakinqton kraliça II Yelizavetanın ölümündən Qətərdə keçirilən dünya çempionatı üçün bir çox proqnozlar verib və verməkdə davam edir. Onun proqnozları arasında ən diqqət çəkən məsələlərdən biri yeni taxta yüksəlmiş Kral III-lə bağlıdır. Söhbət Çarlzın taleyindən gedir. Görün, Cemima Pakinqton öz təxminlərini necə edir?

Gələcəyi görmək iddiası özlüyündə mübahisəli məsələdir. Ancaq burada ən diqqət çəkən şey, gələcəyi görmək üçün istifadə edilən kristal kürə və tarot kartları kimi üsullara yenisinin əlavə edilməsidir: Qulançar! Bəli, düz eşitdiniz! Cemima Pakinqton qulançar üzərində əlləri ilə təxminlər edir və o, uğursuz hesab edilmir. Əvvəl İngiltərədə, sonra isə dünyada 'Mystic Veg' adı ilə məşhurlaşan Pakinqton, qulançarları havaya atır və düşdüyü yerə görə gələcəklə bağlı proqnozlar verir.

Cemima Pakinqton bir neçə ay əvvəl İngiltərə kraliçası II Yelizavetanın öləcəyini proqnozlaşdırmışdı və onun iddiasından qısa müddət sonra kraliça ölmüşdü. Üstəlik, Pakinqtonun şahzadə Filipin ölümündən tutmuş şahzadə Harri və Meqan Marklın əvvəlki illərdə kral sarayından getməsinə qədər bütün vacib məsələləri proqnozlaşdırdığı bilinir.

Kraliçanın ölümündən sonra taxta çıxan kral III Çarlzın taxtda uzun müddət qala bilməyəcəyini iddia edən Pakinqton, şahzadə Uilyamın 12 ay ərzində kral elan edilməsi olduqca mümkün görünür. Pakinqtona görə, onun yeni kral haqqında qulançar proqnozu, şübhəsiz ki, yeni bir dəyişikliyin yaxınlaşdığını göstərir.

Dünya çempionatında finala kim çıxcaq?

Qlobal miqyasda hadisələrin proqnozlaşdırılmasına xüsusi diqqət yetirən Pakinqton bu yaxınlarda hazırda davam edən dünya çempionatı ilə bağlı proqnoz verib. “Mystic Veg”in məlumatına görə, İngiltərə dünya çempionatının 1/4 finalında mübarizədən kənarlaşdırılacaq. Bu qədər kəskin proqnoz açıqlayan Pakinqtondan nə gördüyünü soruşublar və o, belə cavab verib: “İngiltərənin yalnız 1/4 finala yüksəldiyini görürəm, daha irəli gedə bilməzlər. Xorvatiya kuboku qazanacaq. Mən də B hərfi görürəm, bu da Xorvatiyanın finalda Braziliya və ya Belçika ilə qarşılaşacağı deməkdir".

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər