İdman
27.11.2022 / 15:27
235
“Neftçi” “Səbail”ı sınağa çəkəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.
Gundem.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Belə ki, turnir cədvəlində 29 xalla üçüncü pillədə qərarlaşan “Neftçi” klubu 10 xalla yeddinci sırada olan “Səbail”i qəbul edəcək.
“Bakcell Arena”da keçiriləcək matçı baş hakim Fərid Hacıyev idarə edəcək.
Qeyd edək ki, XV turun “Şamaxı”–“Kəpəz” və “Qarabağ”–“Zirə” matçları noyabrın 28-də, “Turan Tovuz”–“Sabah”, “Sumqayıt”–“Qəbələ” görüşləri isə noyabrın 29-da oynanılacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay