BAKU Azərbaycan
°C

Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

“Report”un məlumatına görə, 1/8 final mərhələsində ABŞ yığmasına 3:1 hesabı ilə qalib gələn kollektiv növbəti raunda yüksəlib.

İlk qolu 10-cu dəqiqədə Avropa təmsilçisinin heyətində Memfis Depay vurub. 45+1-ci dəqiqədə Deyli Blind fərqi iki topa çatdırıb. Amerikalılar 76-cı dəqiqədə Hadji Raytın qolu ilə ümidlənib. Lakin 81-ci dəqiqədə Denzel Dümfriz yenidən fərqi iki topa çatdırıb və görüşdə son nöqtəni qoyub.

Qələbə sayəsində 1/4 finala adlayan Niderlandın bu mərhələdəki rəqibi Argentina – Avstraliya cütünün qalibi olacaq. 1/4 final matçı dekabrın 9-da keçiriləcək.

20:39

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda 4-cü qol vurulub.

“Report”un məlumatına görə, 81-ci dəqiqədə Denzel Dümfriz niderlandlıların 3-cü qolunun müəllifi olub - 3:1.

20:35

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda 3-cü qol vurulub.

“Report”un məlumatına görə, 76-cı dəqiqədə amerikalıların heyətində Hadji Rayt hesab arasındakı fərqi minimuma endirib - 1:2.

20:01

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda ikinci hissə başlayıb.

“Report”un məlumatına görə, ilk yarıdan sonra niderlandlılar hesabda öndədir - 2:0.

19:51

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda ilk hissə başa çatıb.

“Report”un məlumatına görə, komandalar fasiləyə Avropa təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə yollanıblar.

19:47

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda 2-ci qol vurulub.

“Report”un məlumatına görə, 45+1-ci dəqiqədə fərqlənən Deyli Blind Niderlandı 2:0 hesabı ilə önə keçirıb.

19:11

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda hesab açılıb.

“Report”un məlumatına görə, 10-cu dəqiqədə Memfis Depay niderlandlıları hesabda önə keçirib.

19:00

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final mərhələsinin oyunu start götürüb.

“Report”un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

17:45

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Niderland və ABŞ yığmalarının start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo

ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uolker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkeni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər