Cəmiyyət
14.01.2023 / 14:38
237
Buzovnada uşaqlarını dini ayinlərə cəlb edənlər haqda araşdırma başladı
Bakıda bir qrup valideyn uşaqları qanunsuz olaraq dini ayinlərin icrasına cəlb edib.
Gundem.az xəbər verir ki, Qafqazinfo.az-ın məlumatına görə, yanvarın 13-də Buzovna qəsəbəsində bir qrup şəxsin yetkinlik yaşına çatmayan övladlarını dini ayinlərin icrasına cəlb etmələri barədə ərazi polis orqanına məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bildirilib ki, azyaşlıları qanunsuz olaraq dini ayinlərin icrasına cəlb edən şəxslər barəsində qanunauyğun tədbirlər görüləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay