Cəmiyyət
16.01.2023 / 23:49
431
DİN jurnalistin saxlanılması xəbərini təkzib etdi
Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədlinin saxlanılması ilə bağlı məlumat yayılıb.
Gundem.az xəbər verir ki, yayılan məlumatda jurnalistin Xaçmaz Rayon Polis Şöbəsində hələ ki bilinməyən səbəbdən saxlanıldığı qeyd olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupu tərəfindən isə Cəmil Məmmədlinin saxlanılması ilə bağlı məlumat təkzib edilib.
İddiaların əsassız olduğu bildirilib.
APA
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay