BAKU Azərbaycan
°C

“Qadın ilk növbədə elə qadın olmalıdır. Qadın gözəllik və ağlın harmoniyasıdır. Amma bu qütblər qızıl orta xətdə birləşməlidir. Hansı qadın düşünsə ki, o, kişidən ağıllıdır, böyük səhv edəcək!”

Bu sözləri Xalq artisti Vidadi Həsənov “Düzünə qalsa” proqramında qonaq olarkən deyib.

“Düşünürəm ki, gözəllik və ağlın birləşdiyi xətdə qadın gözəldir. Hansı qadın düşünsə ki, o, ziyadə gözəldir və ya ağıllıdır, səhv edəcək. Qütblər həmişə qorxuludur. Qadın düşünəndə ki, bəli, o gözəldir, həm də qadındır və ya ağıllıdır və həm də qadındır - bax bu başqa məsələ. Çünki qadınlıq gözəllik və ağıldan da üstündür. Atalarımız deyirlər ki, qadın boyun, kişi başdır. Kişi necə, hara hərəkət elədiyini bilmir. Boyun elə bir şeydir ki, hara istədi, hərəkət edir, heç başın ondan xəbəri də olmur. Bəzən elə qadın tapılır ki, deyir, mən başam. Onda da yerdəyişmə olur, əcaib bir şeyə çevrilir. O da olmur da”, - deyə V.Həsənov əlavə edib.

Aktyor hər hansı başqa gəlirinin olmadığını bildirib:

“Keçmişlə yaşamaq lazım deyil. Keçmişlə yaşamaq insanı həmişə geriyə çəkir. Gələcəklə yaşamaq, xəyalların arzusunda olmaq da lazım deyil. Gerçəkliklə yaşamaq lazımdır. Gerçək olan bax bu gündür. Onu dəyərləndirmək və tam yaşamaq lazımdır. Pulun dəyərini insan təkcə pul olmayanda bilmir ki. Pulun dəyərini gərək pul olanda da biləsən də. Çox zaman biz pul olmayanda onun dəyərini bilirik. Kasıblıq sınağından hamı çıxa bilir, amma insanların çoxu firavanlıq sınağından çıxa bilmir. Pul insanları çaşdıra da bilir.

Hər ayın sonuna yaxın görürəm ki, pulum qurtarır. Maaşla yaşayan adamlarıq. Rüşvət almırıq, başqa bir gəlirimiz yoxdur. Biz ancaq incəsənətlə məşğul oluruq. 43 ildir teatrda, 37 ildir İncəsənət Universitetində işləyirəm. Ancaq maaşımla dolanıram. Öz zəhmətimin haqqı ilə yaşayıram. Heç vaxt heç bir yerdən gəlirim olmayıb. Buna baxmayaraq, aktyor sənətindən peşman olmamışam. Bu bizim gerçəkliyimizdir. Kim razılaşmasa, gedib başqa işlə məşğul olur. Bunun başqa yolu yoxdur”.

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər