BAKU Azərbaycan
°C

Uşaqlıqda yəqin xatırlayırsız, çox vaxt analizlər barmaq ucundan götürülürdü. İndi isə barmaqdan qan analizi az qala tarixə qovuşur. Bircə şəkər xəstələri bu metoddan istifadə edir.

Bəs bu 2 metodla qan analizinin fərqi nədir, niyə əvvəllər venaları az deşirdilər.

Gundem.az  xəbər verir ki, barmaqdan qan götürməj ən ucuz, sadə və tez başa gələn metoddur, düzgün icra olunduqda 20-dən çox analizin cavabı yetəri qədər dəqiq alınır.

Lakin artıq dövlət poliklinikalarından tutmuş özəllərə kimi bu metodu müasir laboratoriya şərtlərinə cavab vermədiyni, köhnəldiyini bildirir.

Bu metodun bir üstünlüyü də iynə, şpris, qandan qorxan, psixoloji sarsıntı keçirən insanlar üçün daha asan və yüngül olmasıdır.

Çoxuna məlumdur ki, venadan şprislə qan çəkmək qorxusu insanların çoxunda var.

Bir çox hallarda bu analizi evdə də rahat götürmək olur.

Venalar deşilmir, fiziki zədələnmə azdır,xəstələrdə, uşaqlarda qan itkisi az olur. Çünki venoz qan alınanda daha çox qan çəkilir.

Mənfi tərəfləri:

Barmaqdan alınan qan kapilyardır, bir çox ağır xəstəliklərdə analiz üçün dəqiq deyil

Qan damcı ilə götürüldüyü üçün analiz nəticəsinin yanlış çıxmasına səbəb ola bilir, bu da o halda olur ki, laboratoriya işçiləri səhvə yol versin

- Əgər nəticə şübhəli olarsa, laborantın əlində əlavə qan olmur ki, təkrar yoxlasın.

Venapunksiya ilə alınan analiz qızıl standartdır, lakin venanın ciddi zədələnməsinə, iynənin yan düşməsinə, qolda travma, şişkinliyə səbəb olur və xəstələrə stress yaşadır.

Çox tibb işçiləri uyğun venaya düşməyə də çətinlik çəkir.

Analizə lazım olduğundan çox qan çəkilir. Əgər bir insan ard-arda 3-5 dəfə venoz analiz verərsə, bu 40-50 ml qan itkisi deməkdir.

Ümumiyyətlə, venaları lazım oldu-olmadı deşmək tövsiyə olunmur.

Son xəbərlər

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Daha bir cüdoçumuz Avropa çempionu oldu

30 milyon dollarlıq PUA qəzaya uğradı

Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU

İçki məclisindən sonra tanışını öldürən şəxs saxlanıldı

Bakı metrosunda ölüm hadisəsi

Bütün xəbərlər