BAKU Azərbaycan
°C

Bu gün Azərbaycanın İrandakı səfirliyinə "Kalaşnikov"la basqın edən terrorçuya hansı cəzanın veriləcəyi maraq doğurur. 

Hüquqşünas Ələsgər Məmmədli “Qafqazinfo”ya bildirib ki, Azərbaycan tərəfi Yasin Hüseynzadəyə İranda veriləcək cəzadan narazı qalarsa, onu gələcəkdə İnterpol vasitəsilə beynəlxalq axtarışa verə bilər və İrandan kənara çıxdığı halda həmin şəxsin tutularaq Azərbaycanda məsuliyyətə cəlb edilməsi mümkündür:

“Beynəlxalq hüquq çərçivəsində bir dövlətin vətəndaşı, əgər o, Azərbaycan vətəndaşı deyilsə, İran vətəndaşıdırsa, öz ölkəsində Azərbaycana qarşı cinayət törədib və orada tutulubsa, İran həmin şəxsi Azərbaycana verməz, özü mühakimə edəcək. Həmin şəxsə cinayət işinin açılması təbiidir, çünki hadisənin baş verdiyi səfirliyin ərazisi, həmin yer Azərbaycan ərazisi sayılır. Şəxsin gətirilməsi məsələsinə gəlincə, hər ölkənin vətəndaşı törətdiyi cinayət əməlinə görə həmin ölkədə tutulubsa, orada mühakimə edilir. Əgər terrorçu Azərbaycanda tutulsaydı, burada mühakimə edilə bilərdi”.

Ekspert qeyd edib ki, indiki mərhələdə İranın onu Azərbaycana verməsi mümkün görünmür: “Əgər hadisəni törədən şəxs Azərbaycan vətəndaşı olsaydı, onun verilməsi mümkün görünərdi. Məsələn, biz bunu Ramil Səfərovun Macarıstanda tutulub məhkum edildikdən sonra Azərbaycana qaytarılması nümunəsində gördük. Yasin Hüseynzadə İranda Azərbaycan qanunvericiliynə zidd olaraq törətdiyi əmələ görə daha az cəza alarsa və ya digər açıq məsələlər qalarsa, Azərbaycan dövləti onun yaxalandığı yerdə həbs edilməsi, həmçinin İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməsi məsələsinə baxa bilər. Belə olan halda həmin şəxs İrandan kənara çıxdığı halda onun yaxalanaraq Azərbaycana verilməsi mümkün olar”.

Xatırladaq ki, artıq Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanılıb. 

Xain hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Rizvan oğlu Əsgərovun Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə edilmiş hücumlar və digər insidentlər nəticəsində həyatını itirən ilk rəsmi şəxs olduğu bildirilir.

Son xəbərlər

Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ!

İntihar və ya ruhi xəstəliklər: Hitlerin məşuqələrinin həyatı necə sona çatıb?

Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər

Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” - FOTO

Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq - VİDEO

ABŞ-də qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

“WhatsApp” iki yeni funksiya təqdim edib - FOTO

Zeynep Bastık sənətçi yoldaşını “ifşa etdi”: Arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Kosmik uçuşlar üçün rezervasiyalar başladı - VİDEO

Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ

Renat Dadaşov baş məşqçisiz qaldı: Volkan Dəmirəl istefa verdi

Ucar sakini: “Həkim yoxdur, xəstəyə baxmırlar” - VİDEO

Konfrans Liqasında sürpriz nəticə: “Olimpiakos” - “Aston Villa” matçında altı qol vuruldu - VİDEO

Bakıda azyaşlı ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb - YENİLƏNİB

Sumqayıtda çirkab suları evlərə dolur - VİDEO

“Bayer” “Roma”ya qalib gələrək rekordunu yenilədi - VİDEO

300 min azərbaycanlının qayıdışı: İrəvan kuluarlarında nələr müzakirə edilir? - VİDEO

Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - YENİLƏNİB + VİDEO

London derbisi: “Çelsi” “Tottenhem”dən üstün oldu - VİDEO

Bütün xəbərlər