BAKU Azərbaycan
°C

Azərbaycanda avtomobillərdə istifadə olunan led işıqların qadağan olunması barədə məlumatlar dolaşır.

Gundem.az xəbər verir ki, bu barədə müzakirələr əsasən sosial şəbəkədə aparılır.

Yaranan çaşqınlıq həm sürücüləri, həm də led işıqlarının satışı ilə məşğul olan sahibkarları narahat edir. Sürücülər bu işıqlardan istifadə edəcəyi təqdirdə cərimələnəcəyindən ehtiyatlanır. Sahibkarlar isə belə bir durumda bizneslərinə zərbə ilə üzləşir.

Gedən müzakirələri və yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Qurumun Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla əlaqə şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, nəqliyyat vasitəsinin istehsalçı zavod tərəfindən xarici işıq cihazlarında led işıqlarının quraşdırılması nəzərdə tutulubsa, bu halda həmin nəqliyyat vasitəsinə led işıqlarının quraşdırılmasına icazə verilir:

"İstehsalçı zavod tərəfindən nəzərdə tutulmadıqda nəqliyyat vasitəsinə led işıqlarının quraşdırılması qadağandır və inzibati məsuliyyət yaradır. Əgər normativ tələblər pozularsa, İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsi ilə 150 manat cərimə tətbiq olunur".

Son xəbərlər

30 milyon dollarlıq PUA qəzaya uğradı

Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU

İçki məclisindən sonra tanışını öldürən şəxs saxlanıldı

Bakı metrosunda ölüm hadisəsi

Biləsuvarda ərzaq mağazasının anbarı yandı

Kamaləddin Qafarov: "Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”

İmişli-Biləsuvar yolunda avtomobil aşdı: ölənlər var

Klopp və Salah arasında dava düşdü - VİDEO

794-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Azərbaycanda müəllim vəfat etdi - FOTO

Türkiyə ordusu Suriyada terrorçuları məhv etdi

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədiyə səfər edib - FOTOLAR

Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq - RƏSMİ

"ABŞ bizə qarşı müharibə elan edib" - Medvedev Rusiyanın talan edildiyini AÇIQLADI

Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan AYRILIR? - "Mövsümün sonunda..." - Özü AÇIQLADI

60 yaşlı qadın dünya gözəli seçildi - FOTO 

Bütün xəbərlər