BAKU Azərbaycan
°C

Əməkdar artist Elza Seyidcahan ilk sevgilisindən danışıb.

Gundem.az xəbər verir ki, ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı olan Elza Seyidcahan ilk sevgilisindən danışıb və xatirələrini bölüşüb:

"Orta məktəbdə oxuduğum zamanlarda Cavid Ağaverdiyev adlı parta yoldaşım vardı. Cüdo ilə məşğul olurdu. Zəngin ailənin oğlu idi. Bir gün məktəbdə bir oğlan mənə söz atmışdı, Cavid onu döymüşdü. Biz məktəbi bitirəndə küsülü ayrıldıq. O, əsgərliyə getdi, mən evləndim. Bacısı Arzu ilə münasibətimiz yaxşı idi, əlaqəmiz vardı. Arzu Cavidə zəng vurub deyib ki, Elza ərə gedib. Cavid də deyib ki, dostum etibarsız çıxdı. Bacısı da başa düşüb ki, qardaşı məni sevirmiş. Cavid tarix fakültəsini bitirdi, lakin həyat onu elə bir sınağa çəkdi ki, həbsxanaya düşdü. Fəxr edirəm ki, onun kimi sinif yoldaşım olub. Onu çox sevirəm. O vaxt elçi gəlsəydi, uça-uça gedərdim. Həbsxanadan çıxdıqdan sonra yanına getdim. Söhbət etdik. Sonradan bacısı Arzu ilə danışanda dedim ki, mən Cavidə deməyə utandım. Sən ona de, həkimlə danışım, dişlərini düzəltdirək. Cavid razılaşmışdı".

Sənətçinin sinif yoldaşı Cavid də Elza Seyidcahanla bağlı fikirlərini bildirib:

"Elza xanım mənim ilk məhəbbətim olub. Onu sevdiyimi onun üzünə deyə bilməmişəm. Elza xanım mənim gizli məhəbbətim olub"./oxu.az

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər