BAKU Azərbaycan
°C

Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşla görüşüb.

Gundem.az  xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır və siyasi sahədə yaxşı əlaqələr mövcuddur. Azərbaycanla Mərakeş beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq edir, bir-birini dəstəkləyirlər. Mərakeş Azərbaycanın beynəlxalq səviyyədə, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində təşəbbüslərini hər zaman dəstəkləyib.

Görüşdə münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin rolu vurğulanaraq, bildirilib ki, bu səfərlər təkcə dövlətlərimiz arasında deyil, insanlarımız arasında da əlaqələrin dərinləşməsinə töhfə verə bilər. Xalqlarımız bir çox ortaq baxışları bölüşürlər. Multikulturalizm, digərlərinə hörmət, islamofobiyanın rədd edilməsi kimi məsələlər xalqlarımızın tarixi-mənəvi dəyərləri sırasındadır.

O cümlədən, qeyd olunub ki, deputatlar arasında təmasların, qarşılıqlı səfərlərin artırılması parlamentlərimiz arasında daha geniş əlaqələrin yaradılmasına imkan verə bilər. Həmçinin, parlamentlərimizdə fəaliyyət göstərən dostluq qruplarının əməkdaşlığı, onların birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, parlamentarilərimizin birgə işləyə biləcəyi islamofobiyaya, beynəlxalq münasibətlər sistemində müşahidə olunan ikili standartlara qarşı birgə mübarizə və bu kimi digər mövzular çoxdur.

Milli Məclisin sədri Sahibə Qafarova Mərakeşin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində fəal iştirakı, o cümlədən, bu platformanın Madriddə keçirilən təsis, Bakıda keçirilən Birinci konfransında təmsil olunmasını yüksək qiymətləndirərək Parlament Şəbəkəsinin institusional inkişafı, qarşıda duran vəzifələr barədə danışıb.

Görüşdə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, ərazi bütövlüyümüzün bərpa olunması, hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib, Azərbaycan və Mərakeşin ərazi bütövlüyü məsələsində də bir-birini dəstəklədiyi diqqətə çatdırılıb.

 

Son xəbərlər

Qətlə yetirilən tələbə Könülün ailəsində daha bir FACİƏ

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi KEÇİRİLİR

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlarKEÇİRİLİR

Abşeron və Qaradağda qanunsuz tikintilərin qarşısı ALINDI - FOTO/VİDEO

Bakıda nənəsini və həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs SAXLANILDI

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Latviya Parlamenti sədrinin Azərbaycana səfər tarixi MƏLUM OLDU

Bütün xəbərlər