BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Gundem.az xəbər verir ki, dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirakına və dəyərli çıxışına görə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsona təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair birgə bəyanatın imzalanmasından 10 ildən artıq müddətin keçdiyini qeyd edib. Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə həyata keçirilən əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu və bunun Cənub Qaz Dəhlizi çərçivəsində də davam etdirildiyini bildirib. Bu layihənin birgə əməkdaşlıq və əlaqələndirmə şəraitində uğurla başa çatdırıldığını deyib.

Dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrin ikitərəfli və çoxtərəfli əsasda enerji sahəsində əməkdaşlıq üzrə yeni ideya və planların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

Bu toplantının Cənub Qaz Dəhlizi xətti ilə qazın Avropa İttifaqına çatdırılmasından bir il sonrakı dövrə, həm Avropa İttifaqı, həm də Azərbaycanın yeni “yaşıl enerji” strategiyasına keçidi mərhələsinə və hazırda dünya qaz bazarında baş verən qiymət dəyişmələri və digər tendensiyalar şəraitinə təsadüf etdiyini bildirən Prezident İlham Əliyev bu baxımdan tədbirdə aparılan müzakirələrin önəmini qeyd edib.

Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların uğurla aparıldığını bildirib və bu danışıqların da tezliklə başa çatdırılacağına ümidvar olduğunu ifadə edib.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Cənub Qaz Dəhlizinin Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edən Kadri Simson Avropa İttifaqının enerji təminatının şaxələndirilməsinə böyük əhəmiyyət verdiyini deyib və bu xüsusda Cənub Qaz Dəhlizinin önəmini vurğulayıb.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji, o cümlədən “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan alternativ və bərpaolunan enerji konsepsiyasını inkişaf etdirir və ölkəmizdə bu sahə xarici sərmayədarları cəlb edir.

Son xəbərlər

Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

İranda idman tədbirləri LƏĞV EDİLDİ

İlham Əliyev Kamerunun dövlət başçısını TƏBRİK ETDİ

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar birgünlük matəm ELAN EDİLDİ

Ceyhun Bayramov: "Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı"

“Qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq” - Zaxarova 

Aİ İrana başsağlığı verdi

Rəisinin və Abdullahiyanın qəzadan əvvəl çəkilmiş SON FOTOSU

Polis mayoru qəfil vəfat etdi - FOTO

Cinayət törədən 94 nəfər SAXLANILDI 

İran bu ölkələrə təşəkkür etdi

Azərbaycan XİN İrana BAŞSAĞLIĞI VERDİ

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Helikopterin qəzaya uğradığı yeri "Akınçı" tapdı 

Bakının iki qəsəbəsində qaz olmayacaq - XƏBƏRDARLIQ!

İlham Əliyev İranın Ali Rəhbərinə BAŞSAĞLIĞI VERDİ

Şirvanda 9 yaşlı uşaq qızdırmadan öldü

Helikopterin qalıqları tapıldı - FOTOLAR

Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR

Bütün xəbərlər