24.02.2023 / 20:35
299
Azərbaycan nümayəndəsi NATO rəsmisi ilə görüşdü
Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Baş katibinin müdafiə sahəsinə investisiyalar üzrə köməkçisi Vendi Gilmurla görüşüb.
Gundem.az xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə tviterdə bildirib.
"Biz NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın Şərq və Qərb arasında əlaqələnmədə rolu, eləcə də regionumuzdakı vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi haqqında yaxşı müzakirələr apardıq", - paylaşımda deyilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay