BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasının yüksək səviyyəli seqmenti çərçivəsində keçirilmiş “İnkişaf Bəyannaməsinin 35-ci il dönümü münasibətilə yüksək səviyyəli tədbir”də Qoşulmama Hərəkatı (QH) adından açılış nitqi ilə videomüraciətlə çıxış edib.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Sözügüdən tədbir Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfinin təşəbbüsü ilə irəli sürülmüş və İnsan Hüquqları Şurasının 49-cu sessiyasında qəbul olunmuş 49/8 saylı qətnaməsinə uyğun olaraq, QH-nin Azərbaycan sədrliyi ilə birlikdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən təşkil olunub.

Nazir Ceyhun Bayramov çıxışında QH adından tədbirin təşkilində əməkdaşlığa görə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təşəkkürünü bildirib. 35-ci il dönümü qeyd olunan Bəyannamənin “inkişafı” insan hüququ kimi müəyyən etdiyini vurğulayıb. Bununla belə, inkişaf hüququnun 1993-cü ildə qəbul olunmuş Vyana Bəyannaməsi və Fəaliyyət Planında da yekdil olaraq müstəqil insan hüququ kimi tanınmasına baxmayaraq, onun konsepsiyasının yalnış təfsiri cəhdləri və bölücü beynəlxalq diskursun müşahidə olunduğunu qeyd edib.

Covid-19-a qarşı peyvəndlərin dünya üzrə qeyri-bərabər bölüşdürülməsinin geniş iqtisadi və sosial xərclərinin və bununla bağlı pandemiyadan bərpa mərhələsində dövlətlər üzrə fərqli vəziyyətlərin inkişaf perspektivləri və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmanı daha da geriyə atdığını bildirib.

Bundan başqa, çoxtərəfli təsisatların rolunun zəiflədilməsi, pandemiyadan bərpa proseslərinin ləng getməsi, iqlim dəyişikliklərinin mənfi təsirləri mövcud qeyri-bərabərliklər üzrə xoş niyyətli dialoqu daha da zəruri etdiyini diqqətə çatdırıb.

Bu səbəbdən QH üzv ölkələrinin bu tədbirə önəm verdiyini və Bəyannamənin 10-cu bəndinə istinadən, inkişaf hüququnun həyata keçirilməsində beynəlxalq ictimaiyyətin birgə məsuliyyət daşıdığını xatırladıb. QH adından BMT qurumları və beynəlxalq maliyyə institutlarına onlar tərəfindən inkişaf hüququnun öz fəaliyyətlərinə daxil edilməsini tövsiyə edib. Bu xüsusda, həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mandatına istinadən, Ali Komissarlığın inkişaf hüququn geniş BMT sistemi daxilində yayması ilə bağlı məsuliyyət daşıdığını xatırladıb.

Yüksək səviyyəli tədbirdə, həmçinin BMT Baş katibinin müavini, BMT dayanıqlı inkişaf qrupunun rəhbəri Amina Mohammed; BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Volker Türk; BMT İnkişaf Proqramının administratoru Açim Steiner; BMT Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan; və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus açılış nitqləri ilə çıxış ediblər.

Tədbir yüksək səviyyəli dövlət nümayəndələrinin çıxışları ilə davam edib.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər