BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edib.

Gundem.az xəbər verir ki, Tsaba Körösi Qoşulmama Hərəkatının sammitinə dəvətə görə minnətdarlığını bildirdi, Hərəkatın beynəlxalq münasibətlər sistemində mühüm rola malik təsisat olduğunu qeyd edib.

O, Azərbaycanın sədrliyi dövründə Hərəkatın BMT Baş Assambleyasında və ümumiyyətlə, beynəlxalq münasibətlərdə rolunun daha da gücləndiyini deyib, ölkəmizin Hərəkatın təsisatlanması üçün praktiki təkliflərlə çıxış etdiyini vurğulayıb. Tsaba Körösi, həmçinin BMT Baş Assambleyasına həm maliyyə nöqteyi-nəzərindən, həm də kadrlar vasitəsilə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, Baş Assambleyanın ofisində azərbaycanlı mütəxəssisin də çalışmasını müsbət amil kimi dəyərləndirib.

Dövlət başçısı öz növbəsində Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakına görə Tsaba Körösiyə təşəkkürünü bildirib, BMT-nin ali orqanları, o cümlədən Baş Assambleya ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı xüsusi sessiyasının keçirildiyini xatırladıb.

Azərbaycanın böyükmiqyaslı mina problemi ilə üzləşdiyini, müharibənin başa çatmasından sonra - 2020-ci il noyabrın 10-dan indiyədək 300-ə yaxın vətəndaşımızın mina partlaması səbəbindən həlak olduğunu və ya yaralandığını bildirən dövlətimizin başçısı hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev ölkəmizin minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təsis edilməsi təşəbbüsü ilə çıxış etdiyini, BMT çərçivəsində də bununla bağlı müzakirələrin aparılmasının vacibliyi vurğulayıb, BMT-nin ali orqanlarında islahatların aparılması məsələsinə toxunub.

Görüşdə qlobal iqlim dəyişikliyi, su problemi və ərzaq təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər