BAKU Azərbaycan
°C

Masallı rayonunda 11-ci sinif şagirdi olan 17 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

Gundem.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə martın 9-da qeydə alınıb. Universitetə hazırlaşan və repetitor yanından evə qayıdan qız bir neçə nəfər tərəfindən maşına mindirilərək qaçırılıb. 18 yaşı noyabrda tamam olacaq şagirdin ailəsinin polisə müraciətindən sonra o tapılıb və ailəsinə təhvil verilib.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır: “Müraciətlə əlaqədar keçirilən müvafiq tədbirlər nəticəsində qızın yeri müəyyən olunub və gətirilərək ailəsinə təhvil verilib. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Azərbaycanda nikaha daxil olma yaşı 18 yaş müəyyən edilib.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər