BAKU Azərbaycan
°C

Boğaz ağrısı soyuq aylarda ən çox rast gəlinən şikayətlərdən biridir. Qrip, soyuqdəymə, virus infeksiyalarının geniş yayıldığı qış fəslində boğazda şişmə, qıcıqlanma çox vaxt qaçılmaz olur. 

Gundem.az boğaz ağrısına yaxşı təsir edəcək vasitələri sizə təqdim edir. 

Duzlu su


Boğaz ağrısına yaxşı təsir edəcək ən asan yollardan biri duzlu su və ya soda ilə qarqara etməkdir. Duzlu su ilə qarqara etmək boğazda şişkinliyi azaldır, bəlğəmi aradan qaldırır və bakteriyaların orqanizmdən çıxarılmasına kömək edir. Bir stəkan ilıq suya yarım çay qaşığı duz əlavə etmək kifayətdir. Sonra qarışığı 30 saniyə ərzində qarqara etmək lazımdır. 

Çoxlu maye içmək

Gün ərzində mümkün qədər tez-tez maye içmək boğazınızın rahatlamasına kömək edəcək. Bununla yanaşı, soyuq içkilərdən uzaq durun. İlıq içkilər içmək susuzluğun, hətta hiperemiyanın da qarşısını alır. Su ilə yanaşı, çay da boğazdakı ağrılar üçün yaxşı vasitədir. Çayın tərkibində immuniteti gücləndirən və infeksiyaların qarşısını alan antioksidantlar var. 

Toyuq şorbası için

Uzun illərdir evdə soyuqdəymə zamanı hazırlanan toyuq şorbası boğaz ağrısına da yaxşı təsir edir. Toyuq bulyonunun tərkibindəki natrium iltihabın əmələ gəlməsinin qarşısını alır. Boğaz ağrısı zamanı quru yeməklərdən uzaq durun. 

Otağınızın havasını dəyişin

Boğaz ağrınız varsa, otağın quru havası ağrını daha da çətinləşdirəcək. Bu, öskürəyə də səbəb olar bilər. Buna görə də tez-tez evin havasını dəyişdirin, otağı nəmləndirin. 

Bal yeyin

Bir qaşıq bal boğazınızdakı qıcıqlanmanı aradan qaldırmağa kömək edəcək. Tərkibindəki mikrob əleyhinə maddələr isə daha tez sağalmağınıza kömək edəcək. Boğaz ağrısı üçün bal yemək böyüklər üçün faydalı olsa da, 1 yaşından kiçik uşaqlar üçün məsləhət görülmür. Lent.az

Son xəbərlər

Boşanma zamanı qadına bu halda evdən pay düşür - Hüquqşünas AÇIQLADI

"İran prezidentinin etdiyi intihardır" - Xulian Röpkedən GÖZLƏNİLMƏZ AÇIQLAMA

Şimali Koreya ABŞ-ni HƏDƏLƏDİ: "Sərt tədbir görəcəyik!"

Qubada kiberdələduzluğa qarşı maarifləndirici lövhələr quruldu

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu

Van Dammın oğlu ilə bağlı azərbaycanlı xanımından PAYLAŞIM: "Bu gün..." - FOTO

Putin İbrahim Rəisinin həlak olması ilə bağlı BAŞ SAĞLIĞI VERDİ

İran prezidentini ölümə aparan səfər: Səyahətə niyə helikopterlə çıxıb? - MARAQLI SƏBƏB

Sürücülərin NƏZƏRİNƏ: Bu yoldakı problem həll edildi 

Çin Sədri İran Prezidentinin ölümü ilə əlaqədar BAŞSAĞLIĞI VERDİ

Kirants kəndində sərhəd dirəkləri QURAŞDIRILDI

"Filmə bilet almağı xahiş edirlər, sonra isə..." - Kart məlumatlarınız bu yolla OĞURLANIR!

Ərdoğan İrana BAŞSAĞLIĞI VERDİ

Faciələrə səbəb olan helikopter qəzalarının əsas 5 SƏBƏBİ - ARAŞDIRMA

İran prezidentinin helikopterinin qalıqları TAPILDI - FOTOLAR 

İranda milli matəm ELAN EDİLDİ

Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

İranda idman tədbirləri LƏĞV EDİLDİ

İlham Əliyev Kamerunun dövlət başçısını TƏBRİK ETDİ

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

Bütün xəbərlər