BAKU Azərbaycan
°C

Azərbaycan hərb tarixindəki ən böyük cinayət işlərindən sayılan “Tərtər işi” üzrə ilk məhkəmə prosesi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin icraatında olan işə zərərçəkmişlərin say çoxluğu ilə əlaqədar Sumqayıt Məhkəmə Kompleksində baxılıb. 

Hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan iclasda həbs edilmiş 4 yüksək rütbəli hərbçi - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. İş üzrə 194 zərərçəkmiş olsa da, prosesə təxminə 20-yə yaxın zərərçəkmiş qatılıb.

Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Vüsal Ələsgərov Tərtərdə N saylı hərbi hissənin komandiri olub. Rəşid Niftəliyev həmin hərbi hissədə qərargah rəisi kimi çalışıb, Ramil Qarayev və Rüstəm Ələsgərov isə N saylı hərbi hissələrin kəşfiyyatçıları olublar.

Proses zamanı təqsirləndirilən şəxslərin vəkilləri və zərərçəkmişlər məhkəməyə vəsatət təqdim edib. Hər 4 şəxsin vəkili prosesin qapalı keçirilməsi və təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Zərərçəkmişlərdən isə bir neçə nəfər çıxış edərək təqsirləndirilən şəxslərə əlavə ittihamlar verilməsini, bundan başqa iş üzrə 4 nəfərin deyil, daha çox adamın məsuliyyətə cəlb olunmasını istəyiblər.

Vəsatətdə Tərtər hadisələri vaxtı korpus komandirləri - general-mayor Hikmət Həsənov və general-leytenant Mayis Bərxudarovun məhkəməyə çağırılması, dindirilməsi və üzləşdirilməsi tələb edilib. Qeyd olunub ki, Tərtər hadisələri baş verən ərəfədə M.Bərxudarovun harada olması telefon siqnalları vasitəsilə yoxlanılmalıdır.

Digər zərərçəkmiş Niyaməddin İbadov isə vəsatətlərə münasibət bildirərkən istintaqın yarımçıq aparıldığını deyib: “Korpus komandiri (red. Hikmət Həsənovu nəzərdə tutur, hazırda başqa vəzifədə çalışır) niyə məsuliyyətə cəlb olunmur?! Bu məhkəmə məni qane etmir. Təqsirləndirilən şəxslər arasında daha çox adam olmalıdır. Bu iş bütün ölkənin diqqətindədir. Açıq keçirilməlidir”.

Dövlət ittihamçısı Orxan Səmədov vəsatətlərə münasibət bildirərkən qeyd edib ki, məhkəmənin qapalı keçirilməsi və müttəhimlərin ev dustaqlığına buraxılması üçün hüquqi əsaslar yoxdur. O, ittihamların ağırlaşdırılması və yeni şəxslərin məsuliyyətə cəlb olunmaları ilə bağlı vəsatətləri isə məhkəmənin gedişində müzakirə etməyi məqbul sayıb. Prokuror qeyd edib ki, hazırda Baş Prokurorluq tərəfindən “Tərtər işi” üzrə istintaq hələ davam edir. İş üzrə cinayət törətməsinə dair əsaslı şübhələr yaranarsa, yeni şəxslər məhkəmədə məsuliyyətə cəlb oluna bilər. O, gedişatın zərərçəkmişlərin ifadələrindən asılı olacağını əlavə edib.

Hakimlər müşavirəyə yollanıb. Daha sonra qərar elan olunub. Hakimlər prosesin qapalı keçirilməsi və tutulan şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin etməyiblər. Digər vəsatətlər isə baxılmamış saxlanılıb.

Proses martın 28-də baxışa təyin olunub.

Qeyd edək ki, bu iş üzrə rəsmi olaraq 192 nəfər hərbçi zərərçəkmiş qismində tanınıb. İttiham olunan 4 nəfər həmin zərərçəkmişlərə ağır işgəncələr verməkdə ittiham olunur.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər