BAKU Azərbaycan
°C

Martın 22-si əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümü nəticələnən qəzada yaralanan Xalq artisti Mehriban Zəki hadisədən sonra ilk dəfə paylaşım edib. 

Gundem.az xəbər verir ki, M.Zəki O.Əliyev haqda xatirələrini bölüşüb: “İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə problem yoxdur keçib gedəcək deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək  istərdi. 

Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi... 

Bu sadəcə qəzavü-qədər idi. 

Mən sağalacağam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq. 

Dilarə də inşallah özünü toparlayar. O, çox güclü qadındır. 
Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. 

Martın 22 i belə yazıldı bizim üçün”.

Xatırladaq ki, Saray yolunda qeydə alınan sözügedən qəzada xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, M. Zəki xəstəxanada müalicəsini davam etdirir. 

Son xəbərlər

Ceyhun Bayramov Qətərə işgüzar səfərə YOLA DÜŞDÜ

Bakının məşhur restoranında ÖLÜM: Rəqs edərkən... - TƏFƏRRÜAT

Xadimə evdən 60 minlik qızıl-zinət əşyaları OĞURLADI 

Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Yan Vanmin: "Azərbaycan Çin üçün çox vacib tərəfdaşdır"

“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirildi - FOTOLAR

Bakıda bu ərazidə yeni park salınacaq - RƏSMİ

Məşhur aktyor polisə ÇAĞIRILDI - FOTO

Qazaxda mina partlayışı OLDU, XƏSARƏT ALAN VAR

Putinin Türkiyəyə səfəri yubadılır - Səbəb nədir?

Sabah 32 dərəcə isti olacaq

Fransa müxalifəti Makrona qarşı: "Satqın, milli təhlükə, dəli..."

Məşhur müğənni ikinci dəfə ana oldu - FOTO

Roza Zərgərlinin paylaşımı müzakirə doğurdu - VİDEO

Prezident bu şəxsləri nazir müavini TƏYİN ETDİ - FOTO

Bu sürücülərə CƏRİMƏ YAZILA BİLMƏZ - Ekspert AÇIQLADI 

Azərbaycan Səudiyyə Ərəbistanı ilə potensial əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək

Rasim Hüseynov vəzifəsindən AZAD EDİLDİ - SƏRƏNCAM

Blinken Səudiyyə Ərəbistanında SƏFƏRDƏDİR

Bütün xəbərlər