BAKU Azərbaycan
°C

Naxçıvanda yerləşən kafelərdən birində mahnı sifarişi ilə bağlı müğənni və müştəri arasında mübahisə yaşanıb.

Gundem.az istinadla xəbər verir ki, Fuad Qocayev (şərti) əmisi oğlu Fərhad Qocayevlə (şərti) kafedə yeyib-içdikdən sonra orada müğənni kimi çalışan xanıma mahnı sifariş ediblər. Lakin xanım mahnını oxuya bilməyəcəyini deyib.

Bundan sonra əmioğlular təkid edib və “pulla oxumursan?”, “oxumasan, bokal gələcək” deyərək müğənniyə tərəf 100 manat pul atıblar. Bundan sonra xanım musiqi cihazını söndürüb, oxumayacağını deyib. Tərəflər arasında mübahisə yaşanıb və onlar bir-birlərini təhqir ediblər. Kafenin sahibi əraziyə polis çağırıb.

Fuad və Fərhad Naxçıvan Şəhər 1 nömrəli Polis Bölməsinə aparılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub. Protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Qocayevlər 17 gün müddətinə inzibati qaydada həbs edilib.

Son xəbərlər

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Həftəsonu 1 274 namizəd rezidenturaya İMTAHAN VERƏCƏK

Azərbaycanda 118 nəfər zəhərləndi - RƏSMİ

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu rayonda qaz OLMAYACAQ

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Bütün xəbərlər