BAKU Azərbaycan
°C

"26 ildir ki, Oqtay Əliyevi və ailəsini tanıyıram. İlk qonorarımı da Oqtay müəllim verib. O zamanlar tələbə idim. Oqtay müəllim teatra gəlib dedi ki, Xuraman, bir reklam var, səni ora çəkəcəyik. Buna çox sevindim. Teatıra yeni işə düzəlmişdim, qonorarı heç soruşmadım. Həmin reklamdan aldığım ilk qonorarım isə 30 manat oldu. Həmin pulu “SOY” prodakşın verdi. Bundan sonra onlar məni hər zaman qanadlarının altında saxladılar".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə "Elgizlə izlə" verilişində deyib. Aktrisa Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin keçirdiyi avtomobil qəzasından danışıb. O bildirib ki, O.Əliyevin vəfat etdiyi qəzanı gözü ilə görüb:

"Oqtay Əliyevin ölüm xəbərini həyat yoldaşımdan aldım. Zəng edib söylədi ki, xəbərin var, belə hadisə olub. Qışqırıb dedim ki, sən nə danışırsan, bu nə danışıqdır? Dedi hadisə yerindəyəm, gəl bura. Mən axı ora niyə getdim?! Gedib, hər şeyi öz gözlərimlə gördüm. Orada polislər dayanmışdı. Onlardan soruşdum ki, bəlkə heç Oqtay müəllim ölməyib? Amma cavab verdilər ki, o, artıq dünyasını dəyişib. Sonra həmkarım Sonaxanım Əliyeva və Dilarə xanımla xəstəxanaya getdik.

Dünən onlara getmişdim. Dedim ki, Dilarə xanım (Oqtay Əliyevin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva - red.) qurban olum, siz ayaqüstə dayanmağa məcbursunuz. Çünki siz çöksəniz, mən də çökəcəyəm. Dilarə xanım mənim üçün örnək, güvən yeridir. Allah səbr versin". 

Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında vəfat edib. Həmin an maşında Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də yer alıb.

 

Son xəbərlər

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı TƏKLİF ETDİ

Lukaşenko: "Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır"

Aleksandr Lukaşenko: "Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb"

Prezident: "Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk"

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

İlham Əliyev: "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Bütün xəbərlər