BAKU Azərbaycan
°C

Hava şəraiti haqqında məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Gundem.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında martın 30-u axşamdan aprelin 01-i günün ikinci yarısınadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-u axşam, 31-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir. 

Martın 31-i gün ərzində fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir. 31-i axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. 

Yağıntılı hava şəraiti aprelin 03-ü səhərədək davam edəcək. 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 30-da şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir. 

Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı gözlənilir. 

Aprelin 01-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq, axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. 

Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, 30-u axşam, 31-də gecə və səhər bəzi yerlərdə arabir 33-38 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Son xəbərlər

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Atasını bıçaqlayan qız xəstəxanaya yerləşdirildi

Kəlbəcərdə usta 4-cü mərtəbədən YIXILDI

Kupman Azərbaycana gəlir

Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı

ABŞ bu türk ölkəsindən 81 təyyarə aldı

Samir Şərifov Ukraynanın yeni səfiri ilə görüşdü

Paytaxtın bu yollarında tıxac VAR

KİV: Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Bakıda “Prado” ilə avtoşluq etdi, həbs olundu - FOTO

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Əli Əsədov qərar imzaladı

Rusiya Ukraynanın Semyonovka kəndini TUTDU

Bütün xəbərlər