BAKU Azərbaycan
°C

"Cinemazadeh" şirkəti aktyor Müşviq Şahverdiyevlə aralarında yaranan qalmaqalın məhkəməyə daşınması barədə açıqlama verib.

Gundem.az xəbər verir  ki, şirkətin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:

"Son günlər "Cinemazadeh" MMC və aktyor Şahverdiyev Müşviq Faiq oğlu arasında Bakı Kommersiya Məhkəməsinin Hakimi Ülkər Həsənovanın icraatında olan işlə bağlı Şahverdiyev Müşviq tərəfindən qalmaqala səbəb olan müsahibələr verilib və çıxışlar edilib. Şahverdiyev Müşviqin sosial media və verlişlərdə verdiyi və verməkdə davam etdiyi birtərəfli, qərəzli və qeyri-obyektiv məlumatların insanlarda bu məsələ ilə bağlı səhv fikirlər və təsəvvürlər yaratdığı və yarada biləcəyini nəzərə alaraq "Cinemazadeh" MMC bu məsələyə dair münasibət bildirməyi zəruri hesab edir.

Belə ki, "Cinemazadeh" MMC və Şahverdiyev Müşviq arasında bağlanmış müqavilə üzrə sonuncunun öhdəliklərini icra edilməməsi ilə əlaqədar tərəflər arasında bağlı fikir ayrılığı və mübahisə olduğundan "Cinemazadeh" MMC mübahisənin məhkəmədən kənar qaydada tərəflər arasında həll edilməsi üçün zəruri olan bütün addımları atıb. Dəfələrlə yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün Şahverdiyev Müşviqlə danışıqlar aparılmasına çalışsaq da sonuncu məsələnin sülh yolu ilə həllindən imtina etmiş və bizə məhkəməyə müraciət etməyi məsləhət görüb. Buna görə də Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq "Cinemazadeh" MMC yaranmış mübahisənin həll edilməsi üçün Şahverdiyev Müşviqi məhkəməyə vermişdir. Şahverdiyev Müşviqin mətbuata verdiyi açıqlamadan fərqli olaraq bildiririk ki, iddia məbləği 90 min manat deyil 24 min 300 manatdır və bu məbləğ göstərəcəyi xidmət müqabilində ona ödənilmiş avans məbləğidir. Şahverdiyev Müşviq müqavilə öhdəliyini icra etmədiyi üçün həmin məbləğ ondan geri tələb edilir.

"Müşviqdən 90 min yox, 24 min tələb edirik"Şahverdiyev Müşviqin müxtəlif müsahibələrdə, verlişlərdəki çıxışlarında və sosial media vasitəsilə canlı yayımda Hakim Ülkər Həsənovanı təhqir etməsinə, "Cinemazadeh" şirkətinin təsisçisi və rəhbəri Cəfər Axundzadəni təhqir etməsi, cinayət tərkibli böhtanlar atmasına gəldikdə hesab edirik ki, Azərbaycan Respublikasının hüquq mühafizə orqanları Şahverdiyev Müşviqin bu qeyri-qanuni hərəkətlərinə müvafiq hüquqi qiymət verəcək və o, lazımi cəzasını alacaq. Çünki Azərbaycan Respublikasının Konstitusiyasına əsasən kimliyindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir.

Qonağı olduğu televiziya verilişlərində, KİV-də, həmçinin sosial şəbəkələrdəki müsahibələrində danışdığı yalanlardan daha biri "Cinemazadeh" şirkətinin aktyor Məcid Hüseynovun iddiası ilə baş tutmuş məhkəməni uduzmasıdır. Belə ki, Məcid Hüseynovla şirkət arasında olan anlaşılmazlıq ümumiyyətlə məhkəmə səviyyəsində həll olunmayıbr - ərizə ilə məhkəməyə müraciət edən aktyor sonradan qarşılıqlı anlaşma əsasında ərizəsini geri götürüb.

"Müşviqdən 90 min yox, 24 min tələb edirik"Şahverdiyev Müşviqin "Cinemazadeh" şirkətinin onu məhkəməyə verdiyini KİV-dən öyrəndiyini bildirməsi də daha bir yalandır, belə ki, dəfələrlə ona müraciət olunub, məsələnin öz aralarında həll olunması üçün xahiş olunub. Cavabında isə o, müraciət edən tərəfi söyüşlərlə təhqir edib, özü tələb edib ki, şirkət məhkəməyə müraciət etsin. Bundan sonra Müşviq Şahverdiyevə daha bir neçə dəfə müraciət olunub, məsələnin barışıq yolu ilə həll olunması təklif olunsa da, o, yenə də mediasiyaya gəlməyib və şirkətə olan borcunu qaytarmayacağını bildirib.

Həmçinin Şahverdiyev Müşviq verdiyi müsahibələrdə hakimin işə ədalətsiz və qərəzli yanaşdığını, əsassız və qeyri-qanuni qərar qəbul etdiyini bildirsə də, bu məlumatlar böhtandan başqa bir şey deyil. Bu qeyri-qanuni hərəkətləri etməkdə Şahverdiyev Müşviqin niyyəti və məqsədi işə baxan Hakim Ülkər Həsənovaya qarşı "qara piyar" kampaniyası başlatmaq, hakim Ülkər Həsənovanın adını dəfələrlə hallandırmaqla onu mənfi səciyyələndirilən şəxs kimi qələmə vermək və barəsində böhtan xarakterli məlumatlar yaymaqla işə baxan və gələcəkdə baxacaq hakimlərə əvvəlcədən təsir və təzyiq etməkdir.

Belə ki, tərəflər arasında mübahisə hələ bitməyib və davam edir. Bu yolla Şahverdiyev Müşviq həm Bakı Apellyasiya Məhkəməsinin hakimlərinə, həm də tərəflər arasında olan digər məhkəmə mübahisələrinə baxan hakimlərə onun xeyrinə qərar qəbul etməyəcəkləri halda onların da barəsində böhtan xarakterli məlumatları yaymaq yolu ilə onları ictimaiyyətin gözündə ləkələyəcəyini və adlarını müxtəlif şəkildə hallandıracağını göstərməklə hakimlərə təzyiq və təsir etmək niyyətindədir".

Son xəbərlər

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı TƏKLİF ETDİ

Lukaşenko: "Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır"

Aleksandr Lukaşenko: "Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb"

Prezident: "Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk"

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

İlham Əliyev: "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Bütün xəbərlər