BAKU Azərbaycan
°C

“Bu il Gürcüstan bölgədə vacib presedent yaratdı və şadam ki, bu, mənim vasitəçiliyim ilə baş tutdu. Biz iki dost və qonşu ölkə arasında ilk presedent yaratdıq. Gürcüstan vasitəçiliyi ilə regionda sülh və sabitliyə əhəmiyyətli töhfə verib”.

Gundem.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının “Üz-üzə” proqramında deyib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında razılaşma üçün şəxsən çox səy göstərib:

"Hər iki ölkədə bir neçə dəfə oldum, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətlərim oldu. Vasitəçilik təşəbbüsü ilə çıxış etdim. Hər şey spontan baş verdi və mediasiya faktı ilə nəticələndi”.

Hökumət başçısının sözlərinə görə, hər iki lider ölkələr arasında münasibətlərin yeni mərhələyə keçməsində - bölgədə yeni layihələr, böyük infrastruktur, energetika, ticarət, iqtisadiyyat və s. barədə danışmaqda maraqlıdır:

“Əgər biz üçümüz müstəqil olaraq bu cür uğurun ikinci nümunəsini göstərsək, bu, hər üç ölkəyə və regiona kömək edəcək”.

İ.Qaribaşvili Gürcüstanın tarixən hər zaman və hazırda da Qafqazda düzgün yer tutduğunu və düzgün rol oynadığını qeyd edib: “Hesab edirəm ki, bu gün unikal şansımız var. Mənim şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla isti və etibarlı münasibətlərimiz var. Bizim çox açıq, qardaş və dost münasibətlərimiz, heç bir maneə olmadan birbaşa ünisyyətimiz var”.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər