"Oqtay kişiyə yaraşdırmadım..." - Sərxan Kərəmoğlu
Müğənni Natavan Həbibi ilə "Soy" prodakşının rəhbəri Oqtay Əliyev arasındakı qalmaqala aparıcı-aktyor Sərxan Kərəmoğlu da biganə qalmayıb.
Gundem.az xəbər verir ki, o, O.Əliyevin müğənni haqda səsləndirdiyi "Natavanın söz deməsi bizim üçün "plintus"dan da aşağıdır" fikirlərinə belə münasibət bildirib:
"Hər ailənin öz namusu olur. Ailəni biz seçmirik. Natavan xanım bizim ailədəndir, elə Oqtay bəy də o ailənin üzvüdür. Harada oluruqsa-olaq, istəsək də, istəməsək də biz bir ailəyik və ona kənardan kim nə deyir desin... Ancaq fəlakət orasıdır ki, ailənin içindən kimsə nəsə deyir. Oqtay kişinin xətrin istəsəm də, ona yaraşdırmadım bu sözləri. Natavan Azərbaycan musiqisinin incisidir. Ən azı onun sənətindən bu əsrdə dünyaya gəlməyəcək. Qiymətini bilməkdənsə, tərki dünya edirik, niyə?".
Qeyd edək ki, O.Əliyev sözügedən açıqlamanı yenicag.az saytına verib. Sözügedən qalmaqala səbəb isə Natavan Həbibinin efirlərə qatılmaq üçün telekanal rəhbərlərindən qonorar istəməsi olub. Axşam.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay