BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar İşçi Qrupunun növbəti iclası keçirilib.

Gundem.az Apa.az-a istinadən xəbər verir ki, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələrinin iştirak etdiyi iclasda işğaldan azad edilmiş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə cari il ərzində yerinə yetirilən işlər, hazırda icrası davam edən layihələr, o cümlədən dəmir və avtomobil yollarının, hava limanlarının tikintisi üzrə görülən işlər, mövcud tələbata uyğun olaraq telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə layihələrin icra vəziyyəti barədə aidiyyəti qurumlar tərəfindən ətraflı məlumatlar verilib.

Keçid
50%-dək ENDİRİM

İşğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya prioritetlərinin icrasında nəqliyyat infrastrukturunun xüsusi əhəmiyyəti nəzərə alınaraq, işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq nəqliyyat infrastrukturunun vahid planı barədə iclas iştirakçılarına geniş məlumat verilib və plan ətrafında müzakirələr aparılıb.

İcra edilən layihələrin prioritetliyi müəyyən edilməklə tikinti və bərpa işləri aparılacaq ərazilərin minalardan təmizlənməsi, bölgədə telekommunikasiya şəbəkələrinin qurulması, o cümlədən radio-televiziya yayımının təşkili, rayonlararası magistral fiber-optik xətlərin çəkilməsi, xüsusi rabitə xidmətlərinin təşkili, mobil rabitə xidmətlərinin göstərilməsi və əhatə dairəsinin genişləndirilməsi, tələbata uyğun olaraq daxili rabitə şəbəkələrinin layihələndirilməsi və qurulması məsələləri üzrə müzakirələr aparılıb, layihələrin icrası ilə bağlı təkliflər və aidiyyəti üzrə tapşırıqlar verilib.

Bununla yanaşı, nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrup vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, eləcə də hazırda icra edilən və planlaşdırılan infrastruktur layihələrinin Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə işlənməsi və mütəmadi olaraq yenilənməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Latviya Parlamenti sədrinin Azərbaycana səfər tarixi MƏLUM OLDU

Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

Bütün xəbərlər